İman və Tövhid

“Lə iləhə illəllah” kəlməsinin əzəməti

عَنْ أَبِي هُرَيْرَةَ أَوْ عَنْ أَبِي سَعِيدٍ - شَكَّ الأَعْمَشُ - قَالَ: لَمَّا كَانَ غَزْوَةُ تَبُوكَ أَصَابَ النَّاسَ مَجَاعَةٌ، قَالُوا: يَا رَسُولَ اللَّهِ! لَوْ أَذِنْتَ لَنَا فَنَحَرْنَا نَوَاضِحَنَا، فَأَكَلْنَا وَادَّهَنَّا، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «افْعَلُوا» قَالَ: فَجَاءَ عُمَرُ فَقَالَ: يَا رَسُولَ اللَّهِ! إِنْ فَعَلْتَ قَلَّ الظَّهْرُ، وَلَكِنْ ادْعُهُمْ بِفَضْلِ أَزْوَادِهِمْ، ثُمَّ ادْعُ اللَّهَ لَهُمْ عَلَيْهَا بِالْبَرَكَةِ، لَعَلَّ اللَّهَ أَنْ يَجْعَلَ فِي ذَلِكَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «نَعَمْ» قَالَ: فَدَعَا بِنِطَعٍ فَبَسَطَهُ، ثُمَّ دَعَا بِفَضْلِ أَزْوَادِهِمْ قَالَ: فَجَعَلَ الرَّجُلُ يَجِيءُ بِكَفِّ ذُرَةٍ، قَالَ: وَيَجِيءُ الآخَرُ بِكَفِّ تَمْرٍ، قَالَ: وَيَجِيءُ الآخَرُ بِكَسْرَةٍ، حَتَّى اجْتَمَعَ عَلَى النِّطَعِ مِنْ ذَلِكَ شَيْءٌ يَسِيرٌ قَالَ: فَدَعَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِ بِالْبَرَكَةِ، ثُمَّ قَالَ: «خُذُوا فِي أَوْعِيَتِكُمْ» قَالَ: فَأَخَذُوا فِي أَوْعِيَتِهِمْ، حَتَّى مَا تَرَكُوا فِي الْعَسْكَرِ وِعَاءً إِلاَّ مَلَئُوهُ، قَالَ: فَأَكَلُوا حَتَّى شَبِعُوا، وَفَضَلَتْ فَضْلَةٌ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّي رَسُولُ اللَّهِ، لاَ يَلْقَى اللَّهَ بِهِمَا عَبْدٌ غَيْرَ شَاكٍّ، فَيُحْجَبَ عَنْ الْجَنَّةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra, yaxud Əbu Səid ﵄ demişdir: “Təbuk döyüşündə camaata aclıq üz vermişdi. Onlar (Allah Elçisinin ﷺ yanına gəlib) dedilər: “Ey Allahın Elçisi! İzn versəydin, yük dəvələrimizi kəsib ətindən yeyər, yağından da istifadə edərdik”. Allah Elçisi ﷺ: “Edin!”- deyə buyurdu. Bu vaxt Ömər gəlib dedi: “Ey Allahın Elçisi! Əgər belə etsək, miniyimiz azalacaq. (Yaxşı olar ki,) camaata ərzaqlarının qalanını sənin yanına gətirməyi buyurasan, sonra da onlar üçün Allahdan buna bərəkət diləyəsən. Yəqin ki, Allah bunun bərəkətini artırar”. Allah Elçisi ﷺ: “Yaxşı!”- dedi. Sonra bir döşənək gətizdirdi və onu yerə sərdi. Sonra da camaata artıq qalmış ərzaqlarını gətirib (onun içinə qoymağı) buyurdu. Onlardan kimisi bir ovuc darı, kimisi bir ovuc xurma, kimisi də bir tikə yemək gətirməyə başladı. Nəhayət, döşənəyin üstündə az miqdarda ərzaq yığıldı. Allah Elçisi ﷺ yığılmış ərzaq komasına bərəkət dilədikdən sonra (camaata): “Xurcunlarınızı doldurun!”- deyə buyurdu. Onlar da xurcunlarını doldurmağa başladılar. Nəhayət, orduda olan xurcunların hamısını doldurdular. Üstəlik (bu yeməkdən) doyuncaya qədər yedilər. Hələ artıq da qaldı. Onda Allah Elçisi ﷺ dedi: “Mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur və mən Allahın elçisiyəm! Bu iki (şəhadət kəlməsinə) şəkk etməyərək bunlarla Allaha qovuşan hər bir bəndə mütləq Cənnətə girəcəkdir”.”

Əbu Səid
Səhih

Qeyd

Muslim, 40, 139, 148.

İstinad

Fəzilətli əməllər, 46 (Kitab 2, 34)

Fəzilətli əməllər — İman və Tövhid