“Lə iləhə illəllah” kəlməsinin əzəməti
عَنْ الصُّنَابِحِيِّ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ أَنَّهُ قَالَ: دَخَلْتُ عَلَيْهِ وَهُوَ فِي الْمَوْتِ، فَبَكَيْتُ، فَقَالَ: مَهْلاً، لِمَ تَبْكِي؟ فَوَاللَّهِ! لَئِنْ اسْتُشْهِدْتُ لأَشْهَدَنَّ لَكَ، وَلَئِنْ شُفِّعْتُ لأَشْفَعَنَّ لَكَ، وَلَئِنْ اسْتَطَعْتُ لأَنْفَعَنَّكَ، ثُمَّ قَالَ: وَاللَّهِ! مَا مِنْ حَدِيثٍ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَكُمْ فِيهِ خَيْرٌ إِلاَّ حَدَّثْتُكُمُوهُ، إِلاَّ حَدِيثًا وَاحِدًا، وَسَوْفَ أُحَدِّثُكُمُوهُ الْيَوْمَ وَقَدْ أُحِيطَ بِنَفْسِي، سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ شَهِدَ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، حَرَّمَ اللَّهُ عَلَيْهِ النَّارَ».
“Sunabihi ﵀ rəvayət edir ki, Ubadə ibn əs-Samit ölüm ayağında ikən mən onun yanına gəldim və (onun bu halını görüb) ağlamağa başladım. Dedi: “Sakit ol görüm, niyə ağlayırsan? Vallahi, əgər məni şahid tutsalar, sənin lehinə şahidlik edərəm, işdir, mənə şəfaət etmək hüququ versələr, səndən ötrü şəfaətçi olaram və əgər gücüm yetərsə, sənə yardım edərəm. Vallahi, mən Peyğəmbərdən ﷺ eşitdiyim, (məzmunu) xeyirli olan hər bir hədisi sizə danışmışam. Yalnız bir hədisdən başqa. Bu gün mən artıq ölüm ayağında ikən o hədisi sizə danışacağam. Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim Allahdan başqa həqiqi məbudun olmadığına və Muhəmmədin Onun Elçisi olduğuna şahidlik etsə, Allah Cəhənnəm odunu ona haram edər”.”
Qeyd
Muslim, 42, 142, 151.
İstinad
Fəzilətli əməllər, 47 (Kitab 2, 35)
Fəzilətli əməllər — İman və Tövhid