İman və Tövhid

“Lə iləhə illəllah” kəlməsinin əzəməti

عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمُعَاذٌ رَدِيفُهُ عَلَى الرَّحْلِ قَالَ: «يَا مُعَاذُ بْنَ جَبَلٍ». قَالَ: لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ «يَا مُعَاذُ». قَالَ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. ثَلاَثًا. قَالَ: «مَا مِنْ أَحَدٍ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ صِدْقًا مِنْ قَلْبِهِ إِلاَّ حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ». قَالَ يَا رَسُولَ اللَّهِ، أَفَلاَ أُخْبِرُ بِهِ النَّاسَ فَيَسْتَبْشِرُوا قَالَ «إِذًا يَتَّكِلُوا». وَأَخْبَرَ بِهَا مُعَاذٌ عِنْدَ مَوْتِهِ تَأَثُّمًا.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Muazla birlikdə dəvənin tərkində ikən: “Ey Muaz!”- deyə çağırdı. Muaz: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!”- deyə cavab verdi. Peyğəmbər ﷺ yenə: “Ey Muaz!”- deyə çağırdı. O: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!”- deyə cavab verdi. Bu hal üç dəfə təkrar olduqdan sonra Peyğəmbər ﷺ dedi: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna sidq ürəkdən şəhadət verən elə bir kəs yoxdur ki, Allah ona Cəhənnəm odunu haram etməsin”. Muaz dedi: “Ey Allahın Elçisi! Bunu insanlara xəbər verimmi ki, sevinsinlər?” Peyğəmbər ﷺ dedi: “Belə olduğu təqdirdə (buna) arxayın olacaqlar”. Muaz günaha batacağından qorxub ölümündən qabaq bu haqda (insanlara) xəbər verdi”.”

Ənəs
Səhih

Qeyd

əl-Buxari, 125, 128; Muslim, 47, 148, 157.

İstinad

Fəzilətli əməllər, 48 (Kitab 2, 36)

Fəzilətli əməllər — İman və Tövhid