İman və Tövhid

“Lə iləhə illəllah” kəlməsinin əzəməti

حَدَّثَنَا عُبَادَةُ بْنُ الصَّامِتِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ: أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ (لاَ شَرِيكَ لَهُ)، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، وَأَنَّ عِيسَى عَبْدُ اللَّهِ وَابْنُ أَمَتِهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ، وَأَنَّ الْجَنَّةَ حَقٌّ، وَأَنَّ النَّارَ حَقٌّ، أَدْخَلَهُ اللَّهُ مِنْ أَيِّ أَبْوَابِ الْجَنَّةِ الثَّمَانِيَةِ شَاءَ». ...«أَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ عَلَى مَا كَانَ مِنَ الْعَمَلِ».

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər kim Allahdan başqa ibadətə layiq məbudun olmadığına, Onun Tək olduğuna (və heç bir şəriki olmadığına), Muhəmmədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, kənizinin oğlu, Məryəmə göndərdiyi kəlməsi və Onun ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, Allah Cənnətin səkkiz qapısının hansından diləsə, onu oradan (Cənnətə) daxil edər”. Digər rəvayətdə deyilir: “...nə əməl etmiş olursa-olsun, Allah onu Cənnətə daxil edər”.”

Ubadə ibn əs-Samit
Səhih

Qeyd

əl-Buxari, 3180, 3435.

İstinad

Fəzilətli əməllər, 49 (Kitab 2, 37)

Fəzilətli əməllər — İman və Tövhid