İman və Tövhid

Cənnəti istəyən Allaha şərik qoşmayaraq Ona ibadət etməlidir

عَنْ أَبِى ذَرٍّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَأَزِيدُ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَجَزَاؤُهُ سَيِّئَةٌ مِثْلُهَا أَوْ أَغْفِرُ وَمَنْ تَقَرَّبَ مِنِّى شِبْرًا تَقَرَّبْتُ مِنْهُ ذِرَاعًا وَمَنْ تَقَرَّبَ مِنِّى ذِرَاعًا تَقَرَّبْتُ مِنْهُ بَاعًا وَمَنْ أَتَانِى يَمْشِى أَتَيْتُهُ هَرْوَلَةً وَمَنْ لَقِيَنِى بِقُرَابِ الأَرْضِ خَطِيئَةً لاَ يُشْرِكُ بِى شَيْئًا لَقِيتُهُ بِمِثْلِهَا مَغْفِرَةً»

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ dedi: “Allah ﷿ buyurur: “Kim yaxşı bir əməl ilə hüzuruma gəlsə, ona on misli qədər və əlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona həmin günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə görüşsə, Mən də onu etdiyinin misli qədər məğfirətlə qarşılayaram”.”

Əbu Zərr
Səhih

Qeyd

Muslim, 2687, 4852, 7009.

İstinad

Fəzilətli əməllər, 35 (Kitab 2, 23)

Fəzilətli əməllər — İman və Tövhid