Cənnəti istəyən Allaha şərik qoşmayaraq Ona ibadət etməlidir
عَنْ أَبِي أَيُّوبَ أَنَّهُ حَدَّثَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ جَاءَ يَعْبُدُ الله لاَ يُشْرِكُ بِهِ شَيْئاً، وَيُقِيمُ الصَّلاَةَ، وَيُؤْتِي الزَّكاةَ، وَيَصُومُ رَمَضَانَ، وَيَتَّقِي الْكَبَائِرَ، فَإِنَّ لَهُ الْجَنَّةَ. قالُوا مَا الْكَبَائِرُ؟ قَالَ: الإِشْرَاكُ بِالله، وَقَتْلُ النَّفْسِ المُسْلِمَةِ، وَفِرَارُ يَوْمِ الزَّحْفِ
“Əbu Əyyub ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allaha heç bir şeyi şərik qoşmadan ibadət edər, namaz qılar, zəkat verər, Ramazan orucunu tutar və böyük günahlardan çəkinərək (Allahın hüzuruna) gələrsə, həqiqətən, ona Cənnət verilər”. Ona dedilər: “Böyük günahlar hansılardır?” O buyurdu: “Allaha şərik qoşmaq, müsəlmanı öldürmək və düşmənlə qarşılaşdıqda döyüşdən qaçmaq!””
Qeyd
Əhməd, 23502, 23549, 23898; əs-Suyuti “Camius-Sağir” 11669. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6185.
İstinad
Fəzilətli əməllər, 34 (Kitab 2, 22)
Fəzilətli əməllər — İman və Tövhid