İman və Tövhid

Cənnəti istəyən Allaha şərik qoşmayaraq Ona ibadət etməlidir

عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ أَنَّهُ قَامَ فِيهِمْ عِنْدَ كَنِيسَة مُعَاوِية فَحَدَّثَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ: مَنْ عَبَدَ اللَّهَ لاَ يُشْرِكُ بِهِ شَيْئًا، وَأَقَامَ الصَّلاةَ وَآتَى الزَّكَاةَ، وَسَمِعَ وَأَطَاعَ فَإِنَّ اللَّهَ يدخله مِنْ أَيِّ أَبْوَابِ الْجَنَّةِ شَاءَ، وَ إن لَهَا ثَمَانِيَةُ أَبْوَابٍ، وَمَنْ عَبَدَ اللَّهَ لاَ يُشْرِكُ بِهِ شَيْئًا، وَآتَى الزَّكَاةَ، وَسَمِعَ، وَعَصَى فَإِنَّ اللَّهَ مِنْ أَمْرِهِ على الْخِيَارِ إِنْ شَاءَ رَحِمَهُ، وَإِنْ شَاءَ عَذَّبَهُ.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, bir dəfə Muaviyə kilsənin yanında insanların arasında dayanaraq belə dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim Allaha heç bir şeyi şərik qoşmadan ibadət edər, namaz qılar, zəkat verər, eşidər və itaət edərsə, həqiqətən, Allah onu Cənnətin səkkiz qapısının hansından istəsə, Cənnətə daxil edər. Kim də Allaha heç bir şeyi şərik qoşmadan ibadət edər, zəkat verər, eşidər və asi olarsa, həqiqətən o, Allahın ixtiyarı altındadır. İstəsə, ona rəhm edər, istəsə də, ona əzab verər”.”

Ubadə ibn əs-Samit
Həsən

Qeyd

əl-Bəzzər, 2349, 2704; Əhməd, 23439, 22820. Hədis həsəndir. Bax: Ziləlul-Cənnə, 968, 1027.

İstinad

Fəzilətli əməllər, 33 (Kitab 2, 21)

Fəzilətli əməllər — İman və Tövhid