Yaxşı əməli Allaha görə etmək
عَنْ أَبِى أُمَامَةَ الْبَاهِلِىِّ قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَرَأَيْتَ رَجُلاً غَزَا يَلْتَمِسُ الأَجْرَ وَالذِّكْرَ مَا لَهُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لاَ شَىْءَ لَهُ». فَأَعَادَهَا ثَلاَثَ مَرَّاتٍ يَقُولُ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لاَ شَىْءَ لَهُ». ثُمَّ قَالَ «إِنَّ اللَّهَ لاَ يَقْبَلُ مِنَ الْعَمَلِ إِلاَّ مَا كَانَ لَهُ خَالِصًا وَابْتُغِىَ بِهِ وَجْهُهُ».
“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Savab və (insanlar arasında) şöhrət əldə etmək üçün döyüşən nə qazanır?” Allah Elçisi ﷺ: “Heç nə qazanmır”- deyə buyurdu. Həmin adam təkrarən üç dəfə soruşdu və Allah Elçisi ﷺ yenə: “Heç nə qazanmır”- deyə buyurdu. Sonra dedi: “Həqiqətən, Allah xalis Onun üçün və yalnız Onun Üzünü diləyərək edilən əməlləri qəbul edir”.”
Qeyd
ən-Nəsəi “Sunən” 3140, 3153. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 52.
İstinad
Fəzilətli əməllər, 68 (Kitab 2, 56)
Fəzilətli əməllər — İman və Tövhid