İman və Tövhid

Yaxşı əməli Allaha görə etmək

عَنِ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ خَارِجٍ يَخْرُج يَعْنِي مِنْ بَيْتِهِ إِلاَّ بِبَابِهِ رَايَتَانِ، رَايَةٌ بِيَدِ مَلَكٍ وَرَايَةٌ بِيَدِ شَيْطَانٍ، فَإِنْ خَرَجَ لِمَا يُحِبُّ الله عَزَّ وَجَلَّ، أَتَّبَعَهُ الْمَلَك بِرَايَتِهِ، فَلَمْ يَزَلْ تَحْتَ رَايَةِ الْمَلَك حَتَّى يَرجِعَ إِلَى بَيْتِهِ، وَإِنْ خَرَجَ لِمَا يُسْخِطُ الله، أَتَّبَعَهُ الشْيطَانُ بِرايَتِهِ، فَلَمْ يَزلْ تَحْتَ رَايَةِ الشَّيْطَانِ حَتَّى يَرجِعَ إِلَى بَيْتِهِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Evindən çıxan elə bir kimsə yoxdur ki, qapısında iki bayraq olmasın. Bayrağın biri mələyin əlində, o biri isə şeytanın əlindədir. Əgər o, Allahın ﷿ sevdiyi bir şey üçün (evindən) çıxarsa, mələk öz bayrağı ilə onun ardınca gedər və o, evinə qayıdana qədər mələyin bayrağı altında olar. Yox, əgər o, Allahı qəzəbləndirəcək bir şey üçün çıxarsa, şeytan öz bayrağı ilə onun ardınca gedər və o, evinə qayıdana qədər şeytanın bayrağı altında olar”.”

Əbu Hureyra
Həsən

Qeyd

Əhməd, 8269. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.

İstinad

Fəzilətli əməllər, 67 (Kitab 2, 55)

Fəzilətli əməllər — İman və Tövhid