Yaxşı əməli Allaha görə etmək
عَنْ كَعْبِ بْنِ عُجْرَة قَالَ: مَرَّ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَرَاى أَصْحَابَ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ جَلَدِهِ وَنَشَاطِهِ فَقَالُوا: يَا رَسُوْلَ اللهِ! لَوْ كَانَ هَذَا فِي سَبِيلِ اللهِ؟ فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنْ كَانَ خَرَجَ يِسْعَى عَلَى وَلَدِهِ صِغَاراً فَهُوَ فِي سَبِيلِ اللهِ، وَإِنْ كَانَ خَرَجَ يَسْعَى عَلَى أَبَوُيْنِ شَيْخَينِ كَبِيرَيْنِ فَهُوَ فِي سَبِيلِ اللهِ، وَإِنْ كَانِ يَسْعَى عَلَى نَفْسِهِ يَعفَّهَا فَهُوَ فِي سَبِيلِ اللهِ، وَإِنْ كَانَ خَرَجَ رَيِاءً وَمُفَاخَرَةً فَهُوَ فِي سَبِيلِ الشَّيْطَانِ».
“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Bir dəfə Peyğəmbərin ﷺ yanından bir kişi keçirdi. Kişi öz çevikliyini və cəldliyini səhabələrə göstərdikdə onlar dedilər: “Ey Allahın Elçisi, kaş ki, bütün bunlar Allah yolunda olardı”. Allah Elçisi ﷺ buyurdu: “Əgər azyaşlı övladına görə bir yerə gedirsə, o, Allah yolundadır. Əgər ahıl yaşına çatmış valideynlərinə görə bir yerə gedirsə, o, Allah yolundadır. Əgər ləyaqətini qorumaq üçün bir yerə gedirsə, o da Allah yolundadır. Yox, əgər riyakarlıq və lovğalıq üçün gedirsə, o, şeytanın yolundadır”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 282. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1428.
İstinad
Fəzilətli əməllər, 66 (Kitab 2, 54)
Fəzilətli əməllər — İman və Tövhid