Allahdan qorxaraq bir şeyi tərk edən
عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَرْوِي ذَلِكَ عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ أَنَّهُ يَقُولُ: وَعِزَّتِي لَا أَجْمَعُ عَلَى عَبْدِي خَوْفَيْنِ وَأَمْنَيْنِ إِذَا خَافَنِي فِي الدُّنْيَا أَمَّنْتُهُ يَوْمَ الْقِيَامَةِ، وَإِذَا أَمِنَنِي فِي الدُّنْيَا أَخَفْتُهُ يَوْمَ الْقِيَامَةِ
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Rəbbindən ﷿ rəvayət edərək belə buyurdu: “İzzətimə and olsun ki, quluma eyni zamanda iki qorxu və iki arxayınlıq vermərəm. Əgər bu dünyada Məndən qorxsa, Qiyamət günü ona arxayınlıq bəxş edərəm. Yox, əgər bu dünyada Məndən qorxmayıb arxayın yaşasa, Qiyamət günü onun canına vəlvələ salaram”.”
Qeyd
İbn Hibban, 640. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 742.
İstinad
Fəzilətli əməllər, 65 (Kitab 2, 53)
Fəzilətli əməllər — İman və Tövhid