İman və Tövhid

Şəfaət

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قُلْتُ يَا رَسُولَ اللَّهِ، مَنْ أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِكَ يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لَقَدْ ظَنَنْتُ يَا أَبَا هُرَيْرَةَ أَنْ لاَ يَسْأَلَنِى عَنْ هَذَا الْحَدِيثِ أَحَدٌ أَوَّلُ مِنْكَ، لِمَا رَأَيْتُ مِنْ حِرْصِكَ عَلَى الْحَدِيثِ، أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِى يَوْمَ الْقِيَامَةِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ، خَالِصًا مِنْ قَلْبِهِ أَوْ نَفْسِهِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərdən ﷺ: “Ey Allahın Elçisi! Qiyamət günü sənin şəfaətin sayəsində ən böyük səadətə çatan adam kim olacaq?”- deyə soruşdum. Allah Elçisi ﷺ dedi: “Ey Əbu Hureyra! Mən sənin hədis öyrənməyə olan hərisliyini görüb səndən əvvəl heç kəsin bu hədis barəsində məndən soruşmayacağını düşünürdüm. Qiyamət günü mənim şəfaətim sayəsində ən böyük səadətə çatanlar, səmimi qəlblə “lə iləhə illəllah” deyən kimsələr olacaq”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 99.

İstinad

Fəzilətli əməllər, 61 (Kitab 2, 49)

Fəzilətli əməllər — İman və Tövhid