Mömin murdar olmaz
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَقِيَهُ فِى بَعْضِ طَرِيقِ الْمَدِينَةِ وَهْوَ جُنُبٌ، فَانْخَنَسْتُ مِنْهُ، فَذَهَبَ فَاغْتَسَلَ، ثُمَّ جَاءَ فَقَالَ: «أَيْنَ كُنْتَ يَا أَبَا هُرَيْرَةَ». قَالَ: كُنْتُ جُنُبًا، فَكَرِهْتُ أَنْ أُجَالِسَكَ وَأَنَا عَلَى غَيْرِ طَهَارَةٍ. فَقَالَ: «سُبْحَانَ اللَّهِ، إِنَّ الْمُؤْمِنَ لاَ يَنْجُسُ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir gün o, cənabətli olduğu halda Mədinənin küçələrindən birində Peyğəmbərlə ﷺ rastlaşdı. Peyğəmbərdən ﷺ aralanıb getdi, sonra da qüsl alıb geri qayıtdı. Peyğəmbər ﷺ: “Harada idin, ey Əbu Hureyra?”- deyə soruşdu. Əbu Hureyra: “Cənabətli idim. Odur ki, təmiz olmadığım halda sənin yanında oturmaq istəmədim”- deyə cavab verdi. Peyğəmbər ﷺ: “Subhən-Allah! Mömin murdar olmaz”- dedi”.”
Qeyd
əl-Buxari, 274, 283.
İstinad
Fəzilətli əməllər, 86 (Kitab 2, 74)
Fəzilətli əməllər — İman və Tövhid