İkiqat əcr qazananlar
عَنْ صَالِحِ بْنِ صَالِحٍ الْهَمْدَانِيِّ، عَنْ الشَّعْبِيِّ، قَالَ: رَأَيْتُ رَجُلاً مِنْ أَهْلِ خُرَاسَانَ سَأَلَ الشَّعْبِيَّ فَقَالَ: يَا أَبَا عَمْرٍو! إِنَّ مَنْ قِبَلَنَا مِنْ أَهْلِ خُرَاسَانَ يَقُولُونَ - فِي الرَّجُلِ - إِذَا أَعْتَقَ أَمَتَهُ ثُمَّ تَزَوَّجَهَا: فَهُوَ كَالرَّاكِبِ بَدَنَتَهُ، فَقَالَ الشَّعْبِيُّ: حَدَّثَنِي أَبُو بُرْدَةَ بْنُ أَبِي مُوسَى عَنْ أَبِيهِ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «ثَلاَثَةٌ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ: رَجُلٌ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ وَأَدْرَكَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَآمَنَ بِهِ وَاتَّبَعَهُ وَصَدَّقَهُ فَلَهُ أَجْرَانِ، وَعَبْدٌ مَمْلُوكٌ أَدَّى حَقَّ اللَّهِ تَعَالَى وَحَقَّ سَيِّدِهِ فَلَهُ أَجْرَانِ، وَرَجُلٌ كَانَتْ لَهُ أَمَةٌ فَغَذَّاهَا فَأَحْسَنَ غِذَاءَهَا، ثُمَّ أَدَّبَهَا فَأَحْسَنَ أَدَبَهَا، ثُمَّ أَعْتَقَهَا وَتَزَوَّجَهَا، فَلَهُ أَجْرَانِ». ثُمَّ قَالَ الشَّعْبِيُّ لِلْخُرَاسَانِيِّ: خُذْ هَذَا الْحَدِيثَ بِغَيْرِ شَيْءٍ، فَقَدْ كَانَ الرَّجُلُ يَرْحَلُ فِيمَا دُونَ هَذَا إِلَى الْمَدِينَةِ.
“Rəvayət edilir ki, Saleh ibn Saleh əl-Həmdani ﵀ demişdir: “Mən Xorasan əhlindən bir nəfər gördüm, (bu adam) əş-Şəbiyə dedi: “Ey Əbu Amr! Bizim tərəflərdə xorasanlılardan bəziləri öz kənizini azad edib sonra onunla evlənən kimsə haqqında: “O, qurbanlıq dəvəsinə minmiş kimidir”- deyirlər. əş-Şəbi dedi: “Əbu Burdə ibn Əbu Musa öz atasından mənə rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Savabları özlərinə ikiqat verilən üç qisim insan var; Kitab əhlindən olan bir kimsə (əvvəlcə) öz peyğəmbərinə iman gətirər, sonra da Muhəmmədə ﷺ yetişər və ona iman gətirər, onun ardınca gedər və onun (gətirdiyini) təsdiqləyərsə, ikiqat savab qazanar; Kölə edilmiş bir qul həm Uca Allahın haqqını, həm də ağasının haqqını ödəyərsə, ikiqat savab qazanar; Cariyəyə sahib olan bir adam onun qayğısına qalar və bunu gözəl tərzdə yerinə yetirər, habelə ona tərbiyə verər və bunu gözəl tərzdə yerinə yetirər, sonra da onu azad edib onunla evlənərsə, ikiqat savab qazanar”. Sonra əş-Şəbi xorasanlıya dedi: “Heç bir şey (vermədən) hədisi götür. Vaxtı ilə adam belə bir hədisi öyrənmək üçün ta Mədinəyə qədər gedərdi”.”
Qeyd
Muslim, 219, 387, 404.
İstinad
Fəzilətli əməllər, 85 (Kitab 2, 73)
Fəzilətli əməllər — İman və Tövhid