İman və Tövhid

Allahdan qorxaraq bir şeyi tərk edən

عَنْ أَبِى قَتَادَةَ وَأَبِى الدَّهْمَاءِ قَالاَ كَانَا يُكْثِرَانِ السَّفَرَ نَحْوَ هَذَا الْبَيْتِ. قَالاَ أَتَيْنَا عَلَى رَجُلٍ مِنْ أَهْلِ الْبَادِيَةِ فَقَالَ الْبَدَوِىُّ أَخَذَ بِيَدِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجَعَلَ يُعَلِّمُنِى مِمَّا عَلَّمَهُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى وَقَالَ «إِنَّكَ لَنْ تَدَعَ شَيْئاً اتِّقَاءَ اللَّهِ عَزَّ وَجَلَّ إِلاَّ أَعْطَاكَ اللَّهُ خَيْراً مِنْهُ»

“Əbu Qatədə və Əbud-Dəhmə ﵄ rəvayət edirlər ki, onlar bu evə (Kəbəyə) doğru çox səfər edirdilər. Onlar dedilər: “Bir bədəvi kişinin yanına gəlib çatdıq. Bədəvi dedi: “Bir dəfə Allah Elçisi ﷺ mənim əlimdən tutub Uca Allahın ona öyrətdiklərindən mənə də öyrədərək dedi: “Həqiqətən, sən Allahdan ﷿ qorxaraq bir şeyi tərk etsən, Allah sənə ondan daha xeyirlisini bəxş edər”.”

Əbu Qatədə və Əbud-Dəhmə
Səhih

Qeyd

Əhməd, 20758, 21282. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir.

İstinad

Fəzilətli əməllər, 63 (Kitab 2, 51)

Fəzilətli əməllər — İman və Tövhid