Qəriblər
عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِي قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ وَنَحْنُ عِنْدَهُ: «طُوبَى لِلْغُرَبَاءِ». فَقِيلَ: مَنْ الْغُرَبَاءُ يَا رَسُوْلَ اللهِ؟ قَالَ: «أُنَاسٌ صَالِحُونَ فِي أُنَاسٍ سُوءٍ كَثَيرٍ، مَنْ يَعْصِيْهِمْ أَكْثَرُ مِمَّنْ يُطِيْعُهُمْ».
“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Bir gün biz Allah Elçisinin ﷺ yanında ikən o belə buyurdu: “Qəriblərə xoş olsun!” Səhabələr dedilər: “Qəriblər kimlərdir, ey Allahın Elçisi?” O buyurdu: “Onlar çox pis insanların arasında yaşayan əməlisaleh insanlardır. Onlara qarşı çıxanlar onların tərəfini saxlayanlardan daha çoxdur”.”
Qeyd
Əhməd, 6650. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1619.
İstinad
Fəzilətli əməllər, 77 (Kitab 2, 65)
Fəzilətli əməllər — İman və Tövhid