Fərz namazlarının fəziləti
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ «الصَّلَوَاتُ الْخَمْسُ وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ وَرَمَضَانُ إِلَى رَمَضَانَ مُكَفِّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتَنَبَ الْكَبَائِرَ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Böyük günahlardan çəkinildiyi müddətdə, beş vaxt namaz (bunların arasındakı günahlar üçün), habelə cümə namazı növbəti cüməyədək və Ramazan ayı, növbəti Ramazan ayınadək arada olan (kiçik günahlar üçün) kəffarədir”.”
Əbu Hureyra
SəhihQeyd
Muslim, 552, 574.
İstinad
Fəzilətli əməllər, 118 (Kitab 4, 5)
Fəzilətli əməllər — Fərz və camaat namazları