Fərz namazlarının fəziləti
عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ أَنَّ رَجُلًا أَصَابَ مِنْ امْرَأَةٍ قُبْلَةً فَأَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ قَالَ فَنَزَلَتْ} أَقِمْ الصَّلَاةَ طَرَفَيْ النَّهَارِ وَزُلَفًا مِنْ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ {قَالَ فَقَالَ الرَّجُلُ أَلِيَ هَذِهِ يَا رَسُولَ اللَّهِ قَالَ لِمَنْ عَمِلَ بِهَا مِنْ أُمَّتِي
“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, bir kişi bir qadını öpdü. Sonra o, Peyğəmbərin ﷺ yanına gəlib bunu ona söylədi və “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114) - ayəsi nazil oldu. Həmin kişi soruşdu: “Ey Allahın Elçisi! Bu yalnız mənə aiddir?” O buyurdu: “Ümmətimdən belə bir əməl edən (hər kəsə) aiddir”.”
Qeyd
Muslim, 2763, 4963, 7177.
İstinad
Fəzilətli əməllər, 117 (Kitab 4, 4)
Fəzilətli əməllər — Fərz və camaat namazları