Fərz namazlarının fəziləti
عَنِ ابْنِ مُحَيْرِيزٍ أَنَّ رَجُلاً مِنْ بَنِى كِنَانَةَ يُدْعَى الْمُخْدَجِىَّ سَمِعَ رَجُلاً بِالشَّامِ يُدْعَى أَبَا مُحَمَّدٍ يَقُولُ إِنَّ الْوِتْرَ وَاجِبٌ. قَالَ الْمُخْدَجِىُّ فَرُحْتُ إِلَى عُبَادَةَ بْنِ الصَّامِتِ فَأَخْبَرْتُهُ فَقَالَ عُبَادَةُ كَذَبَ أَبُو مُحَمَّدٍ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « خَمْسُ صَلَوَاتٍ كَتَبَهُنَّ اللَّهُ عَلَى الْعِبَادِ فَمَنْ جَاءَ بِهِنَّ لَمْ يُضَيِّعْ مِنْهُنَّ شَيْئًا اسْتِخْفَافًا بِحَقِّهِنَّ كَانَ لَهُ عِنْدَ اللَّهِ عَهْدٌ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ وَمَنْ لَمْ يَأْتِ بِهِنَّ فَلَيْسَ لَهُ عِنْدَ اللَّهِ عَهْدٌ إِنْ شَاءَ عَذَّبَهُ وَإِنْ شَاءَ أَدْخَلَهُ الْجَنَّةَ ».
“İbn Muheyriz ﵀ rəvayət edir ki, Bəni Kinanədən əl-Muxdəci adlı bir adam Şamda Əbu Muhəmməd adlı birinin “Şübhəsiz vitr vacibdir” dediyini eşitdi. əl-Muxdəci dedi: “Ubadə ibn əs-Samitin yanına gedib bunu ona xəbər verdim. Ubadə dedi: “Əbu Muhəmməd yalan dedi. Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah qullarına beş vaxt namazı vacib etdi. Kim bu namazları qılarsa və onların haqqını dəyərsiz edərək zay etməzsə, Allah onu Cənnətə salacağını vəd etmişdir. Kim bunları yerinə yetirməzsə, onun üçün Allah qatında heç bir vəd yoxdur. İstəsə, ona əzab verər, istəsə də, onu Cənnətə daxil edər”.”
Qeyd
Əbu Davud, 1420, 1422. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 370.
İstinad
Fəzilətli əməllər, 116 (Kitab 4, 3)
Fəzilətli əməllər — Fərz və camaat namazları