Fərz və camaat namazları

Fərz namazlarının fəziləti

عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ، قَالَ: كُنْتُ فِي مَجْلِسٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهِمْ عُبَادَةُ بْنُ الصَّامِتِ فَذَكَرُوا الْوِتْرَ فَقَالَ بَعْضُهُمْ: وَاجِبٌ وَقَالَ بَعْضُهُمْ: سُنَّةٌ فَقَالَ عُبَادَةُ بْنُ الصَّامِتِ : أَمَّا أَنَا فَأَشْهَدُ أَنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: أَتَانِي جِبْرِيلُ مِنْ عِنْدِ اللهِ تَبَارَكَ وَتَعَالَى فَقَالَ: يَا مُحَمَّدُ إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ: إِنِّي قَدْ فَرَضْتُ عَلَى أُمَّتِكَ خَمْسَ صَلَوَاتٍ مَنْ وَافَى بِهِنَّ عَلَى وضُوئِهِنَّ وَمَوَاقِيتِهِنَّ وَرُكُوعِهِنَّ وَسُجُودِهِنَّ فَإِنَّ لَهُ عِنْدِي بِهِنَّ عَهْدًا أَنْ أُدْخِلَهُ بِهِنَّ الْجَنَّةَ، وَمَنْ لَقِيَنِي قَدِ انْتَقَصَ مِنْ ذَلِكَ شَيْئًا، أَوْ كَلِمَةً شِبْهَهَا فَلَيْسَ لَهُ عِنْدِي عَهْدٌ إِنْ شِئْتُ عَذَّبْتُهُ وَإِنْ شِئْتُ رَحِمْتُهُ

“Rəvayət edilir ki, Əbu İdris əl-Xauləni ﵀ demişdir: “Bir dəfə Peyğəmbərin ﷺ səhabələrinin məclisində idim. Ubadə ibn əs-Samit də onların arasında idi. Vitr namazı haqqında söhbət düşdü. Bəziləri onun vacib olduğunu, bəziləri isə sünnə olduğunu dedilər. Ubadə ibn əs-Samit dedi: “Mənə gəlincə, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Cəbrail Uca Allahın dərgahından yanıma gəlib dedi: “Ey Muhəmməd! Həqiqətən, Allah ﷿ buyurur: “Mən sənin ümmətinə beş namazı fərz etdim. Kim bu (namazların) dəstəmazına, vaxtlarına, rukusuna, səcdəsinə riayət edərsə, dərgahımda onu Cənnətə daxil edəcəyimə dair əhdi olar. Kim Mənimlə görüşərkən bunlardan bir şeyi əskiltmiş olsa, Mənim dərgahımda onun üçün əhd yoxdur. Mən istəsəm, ona əzab verərəm, istəsəm də, ona rəhm edərəm”.”

Əbu İdris
Səhih

Qeyd

ət-Tayəlisi, 574. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 842.

İstinad

Fəzilətli əməllər, 115 (Kitab 4, 2)

Fəzilətli əməllər — Fərz və camaat namazları