Fərz və camaat namazları

Fərz namazlarının fəziləti

عَنْ ثَوَباْنٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «اسْتَقِيمُوا وَلَنْ تُحْصُوا وَاعْلَمُوا أَنَّ خَيْرَ أَعَمَالِكُمْ الصَّلاَة، وَلاَ يُحَافِظُ عَلَى الْوضُوءِ إِلاَّ مُؤمِنٌ».

“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Doğru yolu tutun. Lakin bilin ki, bütün saleh əməlləri edə bilməyəcəksiniz. Sizin əməllərinizin ən xeyirlisi namazdır. Dəstəmazı isə ancaq mömin qoruyar”.”

Səvban
Səhih

Qeyd

İbn Macə, 277, 290. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 292.

İstinad

Fəzilətli əməllər, 114 (Kitab 4, 1)

Fəzilətli əməllər — Fərz və camaat namazları