Cənabət qüslu əmanətdir
عَنْ أَبِي الدَّرْدَاءِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: خَمْسٌ مَنْ جَاءَ بِهِنَّ مَعَ إِيمَانٍ دَخَلَ الْجَنَّةَ: مَنْ حَافَظَ عَلَى الصَّلَوَاتِ الْخَمْسِ, عَلَى وُضُوئِهِنَّ, وَرُكُوعِهِنَّ, وَسُجُودِهِنَّ, وَمَوَاقِيتِهِنَّ, وَصَامَ رَمَضَانَ, وَحَجَّ الْبَيْتَ إِنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا, وَآتى الزَّكَاةَ طَيِّبَةً بِهَا نَفْسُهُ, وَأَدَّى الْأَمَانَةَ", قيل: يا رسول الله وَمَا أَدَاءُ الْأَمَانَةِ؟ قَالَ: الْغُسْلُ مِنْ الْجَنَابَةِ إِنَّ اللَّهَ لَمْ يَأْمَنِ ابْنَ آدَمَ عَلَى شَيْءٍ مِنْ دِينِهِ غَيْرِهَا
“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim iman gətirməklə bərabər bu beş əməli edərsə, Cənnətə daxil olar; dəstəmazını gözəl şəkildə almaqla, ruku və səcdəsini tam yerinə yetirməklə beş vaxt namazları vaxtlı-vaxtında qılan; Ramazan orucunu tutan; gücü çatdıqda Evi (Kəbəni) həcc edən; könüllü şəkildə zəkat verən; əmanəti qaytaran”. Dedilər: “Ey Allahın Elçisi, əmanəti qaytarmaq nədir?” Allah Elçisi ﷺ buyurdu: “Cənabət halından (təmizlənərək) qüsl etməkdir. Həqiqətən, Allah Adəm oğluna dində yalnız bunu əmanət etmişdir”.”
Qeyd
əl-Munziri “Tərğib vət-Tərhib” 544; əl-Heysəmi “Məcməuz-Zəvaid” 139. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 369.
İstinad
Fəzilətli əməllər, 113 (Kitab 3, 25)
Fəzilətli əməllər — Təmizlik