Kitab 3

Təmizlik

25

hədis

Fəsil 1

Təmizlik imanın yarısıdır

عَنْ أَبِي مَالِكٍ الأَشْعَرِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: الطُّهُورُ شَطْرُ الإِيمَانِ، وَالْحَمْدُ لِلَّهِ تَمْلأُ الْمِيزَانَ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ تَمْلآنِ - أَوْ تَمْلأُ - مَا بَيْنَ السَّمَاوَاتِ وَالأَرْضِ، وَالصَّلاَةُ نُورٌ، وَالصَّدَقَةُ بُرْهَانٌ، وَالصَّبْرُ ضِيَاءٌ، وَالْقُرْآنُ حُجَّةٌ لَكَ أَوْ عَلَيْكَ، كُلُّ النَّاسِ يَغْدُو فَبَايِعٌ نَفْسَهُ فَمُعْتِقُهَا أَوْ مُوبِقُهَا.

“Rəvayət edilir ki, Əbu Malik əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Təmizlik imanın yarısıdır. “Əlhəmdulilləh” (zikri) tərəzini doldurur. “Subhən-Allah və əlhəmdulilləh” (zikri) göylərlə yerin arasını doldurur. Namaz nurdur. Sədəqə dəlildir. Səbir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhinə hüccətdir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəfsini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər”.”

Əbu Malik əl-Əşari
SəhihFəzilətli əməllər, 89 (Kitab 3, 1)

Qeyd

Muslim, 328, 534. Hər bir əməl sahibi etdiyi əməllər sayəsində ya nəfsini azad etmiş, ya da onu məhv etmiş olur. Allaha və Onun Elçisinə ﷺ itaət etməklə nəfsini azad etmiş və şeytandan canını qurtarmış, əks halda isə nəfsini həlaka uğratmış olur.

حَدَّثَنِى أَبُو أَيُّوبَ الأَنْصَارِىُّ وَجَابِرُ بْنُ عَبْدِ اللَّهِ وَأَنَسُ بْنُ مَالِكٍ أَنَّ هَذِهِ الآيَةَ نَزَلَتْ }فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ{ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «يَا مَعْشَرَ الأَنْصَارِ إِنَّ اللَّهَ قَدْ أَثْنَى عَلَيْكُمْ فِى الطُّهُورِ فَمَا طُهُورُكُمْ». قَالُوا نَتَوَضَّأُ لِلصَّلاَةِ وَنَغْتَسِلُ مِنَ الْجَنَابَةِ وَنَسْتَنْجِى بِالْمَاءِ. قَالَ «هُوَ ذَلِكَ فَعَلَيْكُمُوهُ».

“Əbu Əyyub əl-Ənsari, Cabir ibn Abdullah və Ənəs ibn Malik ﵃ rəvayət edirlər ki, Uca Allahın: “Orada təmizlənməyi sevən kişilər var. Allah da təmizlənənləri sevir” (ət-Tövbə, 108) ayəsi nazil olduqda Allah Elçisi ﷺ belə buyurdu: “Ey ənsar! Allah sizi pak olduğunuza görə təriflədi, sizin paklığınız nədədir?” Onlar dedilər: “Biz namaz üçün dəstəmaz alır, cənabət qüslu alır və subaşına çıxdıqda su ilə yuyunuruq”. Allah Elçisi ﷺ dedi: “Elə buna görə də Allah sizi təriflədi, buna davam edin!””

Cabir ibn Abdullah və Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 90 (Kitab 3, 2)

Qeyd

İbn Macə, 355, 383. Hədis səhih li-ğeyrihidir. Bax: Mişkətul-Məsabih, 369.

Fəsil 2

Dəstəmaz almağın fəziləti

عَنْ عُقْبَةَ بْنَ عَامِرٍ يَقُولُ: لَا أَقُولُ الْيَوْمَ عَلَى رَسُولِ اللَّه صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا لَمْ يَقُلْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول: "مَنْ كَذِبَ عَلَيَّ متعمدًا فَلْيَتَبَوَّأْ بَيْتًا مِنْ جَهَنَّمَ" وسمعت النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول: "رجل من أمتي يقوم مِنْ اللَّيْلِ يُعَالِجُ نَفْسَهُ إِلَى الطَّهُورِ وَ عليكم عُقَد فَإِذَا وَضَّأَ يَدَيْهِ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا وَضَّأَ وَجْهَهُ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا مَسَحَ رَأْسَهُ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا وَضَّأَ رجليهه انْحَلَّتْ عُقْدَةٌ فَيَقُولُ الله عَزَّ وَجَلَّ لِلَّذِينَ وَرَاءَ الْحِجَابِ: انْظُرُوا إِلَى عَبْدِي هَذَا يُعَالِجُ نَفْسَهُ يَسْألُني مَا سَأَلَنِي عَبْدِ هَذَا فَهُوَ لَهُ ما سألني عبدي هذا فهو له"

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ buyurmadığı şeylər haqda danışmaram, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim bilərəkdən mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki evinə hazırlaşsın”. Həmçinin, Peyğəmbərin ﷺ belə buyurduğunu da eşitmişəm: “Ümmətimdən bir kişi var ki, gecə duraraq dəstəmaz almaqla nəfsini müalicə edir. O, əllərini yuduqda bir düyün, üzünü yuduqda bir düyün, başını məsh etdikdə bir düyün, ayaqlarını yuduqda da bir düyün açılır. Allah ﷿ pərdə arxasında olanlara buyurur: “Nəfsini müalicə edən bu quluma baxın! Bu qulum Məndən nə istəyərsə, o da ona veriləcək”.”

Uqbə ibn Amir
HəsənFəzilətli əməllər, 91 (Kitab 3, 3)

Qeyd

İbn Hibban, 1052, 2555. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 631.

عَنْ جَابِرٍ ، عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا مِنْ مُسْلِمٍ ، ذَكَرٍ وَلاَ أُنْثَى ، يَنَامُ إِلاَّ وَعَلَيْهِ جَرِيرٌ مَعْقُودٌ ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ ، انْحَلَّتْ عُقْدَةٌ ، وَإِنْ هُوَ تَوَضَّأَ ثُمَّ قَامَ إِلَى الصَّلاَةِ أَصْبَحَ نَشِيطًا قَدْ أَصَابَ خَيْرًا ، وَقَدِ انْحَلَّتْ عُقَدُهُ كُلُّهَا ، وَإِنْ أَصْبَحَ وَلَمْ يَذْكُرِ اللَّهَ أَصْبَحَ وَعُقَدُهُ عَلَيْهِ ، وَأَصْبَحَ ثَقِيلًا كَسْلاَنًا لَمْ يُصِبْ خَيْرًا.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir müsəlman yoxdur ki - istər kişi olsun, istərsə də qadın - yatdığı zaman (şeytan tərəfindən) ona düyün vurulmasın. O, səhər oyanıb Allahı zikr edərsə, bir düyün açılar. Dəstəmaz alıb namaza durarsa, gümrah olar, xeyir qazanar və bütün düyünləri açılar. Səhər oyanıb Allahı zikr etməzsə, düyünləri açılmaz, yuxudan əzgin və tənbəl oyanar və xeyir əldə etməz”.”

Cabir
SəhihFəzilətli əməllər, 92 (Kitab 3, 4)

Qeyd

İbn Hibban, 2556. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 648.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَعْقِدُ الشَّيْطَانُ عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ إِذَا هُوَ نَامَ ثَلاَثَ عُقَدٍ ، يَضْرِبُ كُلَّ عُقْدَةٍ عَلَيْكَ لَيْلٌ طَوِيلٌ فَارْقُدْ ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ انْحَلَّتْ عُقْدَةٌ ، فَإِنْ تَوَضَّأَ انْحَلَّتْ عُقْدَةٌ ، فَإِنْ صَلَّى انْحَلَّتْ عُقْدَةٌ فَأَصْبَحَ نَشِيطًا طَيِّبَ النَّفْسِ ، وَإِلاَّ أَصْبَحَ خَبِيثَ النَّفْسِ كَسْلاَنَ »

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizlərdən biri yatdığı zaman şeytan onun boynunun ardına üç düyün vurur və hər düyünü vurduqca: “Gecə uzundur, yat!”– deyir. Əgər o kimsə oyanıb Allahı zikr edərsə, düyünlərdən biri açılar, dəstəmaz alarsa, ikincisi açılar, namaz qılarsa, üçüncüsü açılar və beləliklə də, o adam səhər yuxudan gümrah və əhvali-ruhiyyəsi yaxşı olduğu halda oyanar. Əks halda isə o, yuxudan əhvali-ruhiyyəsi çox pis, özü də əzgin halda oyanar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 93 (Kitab 3, 5)

Qeyd

əl-Buxari, 1074, 1142.

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ: كَانَتْ عَلَيْنَا رِعَايَةُ الإِبِلِ فَجَاءَتْ نَوْبَتِي، فَرَوَّحْتُهَا بِعَشِيٍّ، فَأَدْرَكْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا يُحَدِّثُ النَّاسَ، فَأَدْرَكْتُ مِنْ قَوْلِهِ: «مَا مِنْ مُسْلِمٍ يَتَوَضَّأُ فَيُحْسِنُ وُضُوءَهُ، ثُمَّ يَقُومُ فَيُصَلِّي رَكْعَتَيْنِ، مُقْبِلٌ عَلَيْهِمَا بِقَلْبِهِ وَوَجْهِهِ، إِلاَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ» قَالَ فَقُلْتُ: مَا أَجْوَدَ هَذِهِ فَإِذَا قَائِلٌ بَيْنَ يَدَيَّ يَقُولُ: الَّتِي قَبْلَهَا أَجْوَدُ، فَنَظَرْتُ فَإِذَا عُمَرُ. قَالَ: إِنِّي قَدْ رَأَيْتُكَ جِئْتَ آنِفًا. قَالَ: «مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَضَّأُ فَيُبْلِغُ - أَوْ فَيُسْبِغُ - الْوَضُوءَ ثُمَّ يَقُولُ: أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللَّهِ وَرَسُولُهُ، إِلاَّ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ، يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Dəvələri otarmaq bizə həvalə edilmişdi. Nəhayət, mənim növbəm gəlib çatdı və mən (vəzifəmi yerinə yetirdikdən sonra) axşamüstü dəvələri sürüb (tövləyə) apardım. Sonra Allah Elçisinin ﷺ (yanına getdim və onun) ayaq üstə durub camaata (öyüd-nəsihət) verdiyini gördüm. Söylədiklərindən eşitdiyim isə bu oldu: “Hansı bir müsəlman dəstəmaz alar və onu gözəl şəkildə yerinə yetirər, sonra da qalxıb qəlbi (xuşu ilə) və üzü ilə (diqqətini namazın hərəkətlərinə) yönəldərək iki rükət namaz qılarsa, Cənnət mütləq ona vacib olar”. (Uqbə) dedi: “Mən (öz-özümə): “Bu nə gözəl sözlərdir!”- dedim. Birdən qarşımda oturan adam (mənə): “Bundan əvvəlki daha gözəl idi”- dedi. Baxdım ki, bu, Ömərdir. O dedi: “Mən sənin bir qədər əvvəl gəldiyini gördüm. (Sən gəlməmişdən öncə) Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən hansı biriniz dəstəmaz alar və dəstəmazını kamil şəkildə, (yaxud tam şəkildə) yerinə yetirər, sonra da: “Əşhədu ən lə iləhə illəllah va ənnə Muhəmmədən abdullahi va Rasuluhu!”– deyərsə, Cənnətin səkkiz qapısı onun üçün açılar və o, hansından istəsə, (oradan Cənnətə) daxil olar”.”

Uqbə ibn Amir
SəhihFəzilətli əməllər, 94 (Kitab 3, 6)

Qeyd

Muslim, 553, 576.

عَنْ ثَعْلَبَةَ بْنِ عَبَّادٍ الْعَبْدِيِّ، عَنْ أَبِيهِ قَالَ: مَا أَدْرَاكُمْ حَدَّثَنِيهِ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَزْوَاجًا وَأَفْرَادًا: "مَا مِنْ عَبْدٍ يَتَوَضَّأُ فَيُحْسِنُ الْوُضُوءَ, فَيَغْسِلُ وَجْهَهُ حَتَّى يَسِيلَ الْمَاءُ عَلَى ذَقَنِهِ, ثُمَّ يَغْسِلُ ذِرَاعَيْهِ حَتَّى يَسِيلَ الْمَاءُ عَلَى مِرْفَقَيْهِ, وَيَغْسِلُ رِجْلَيْهِ حَتَّى يَسِيلَ الْمَاءُ مِنْ قِبَلِ كَعْبَيْهِ، ثُمَّ يَقُومُ فَيُصَلِّي رَكْعَتَيْنِ؛ إِلَّا غُفِرَ لَهُ مَا سَلَفَ مِنْ ذَنْبِهِ".

“Sələbə ibn Abbad əl-Abdi atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Siz nə biləsiniz ki, Allah Elçisi ﷺ bunları mənə tək və ya cüt sayda neçə dəfə buyurmuşdur: “Hər hansı bir bəndə gözəl bir şəkildə dəstəmaz alaraq üzünü yuduqda su çənəsindən, qollarını yuduqda su dirsəklərindən, ayaqlarını yuduqda su topuqlarından axar, sonra durub iki rükət namaz qıldıqda keçmiş günahları bağışlanar”.”

Sələbə ibn Abbad atasından
SəhihFəzilətli əməllər, 95 (Kitab 3, 7)

Qeyd

ət-Tahavi “Şərh Məanil-Əsər” 176, 182. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 188.

أَنَّ حُمْرَانَ مَوْلَى عُثْمَانَ أَخْبَرَهُ أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ دَعَا بِوَضُوءٍ فَتَوَضَّأَ، فَغَسَلَ كَفَّيْهِ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ مَضْمَضَ وَاسْتَنْثَرَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ غَسَلَ يَدَهُ الْيُمْنَى إِلَى الْمِرْفَقِ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ غَسَلَ يَدَهُ الْيُسْرَى مِثْلَ ذَلِكَ، ثُمَّ مَسَحَ رَأْسَهُ، ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُمْنَى إِلَى الْكَعْبَيْنِ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ غَسَلَ الْيُسْرَى مِثْلَ ذَلِكَ، ثُمَّ قَالَ: رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا، ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا، ثُمَّ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ، لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ. قَالَ ابْنُ شِهَابٍ: وَكَانَ عُلَمَاؤُنَا يَقُولُونَ: هَذَا الْوُضُوءُ أَسْبَغُ مَا يَتَوَضَّأُ بِهِ أَحَدٌ لِلصَّلاَةِ.

“Osmanın ﵁ köləlikdən azad etdiyi Humran ﵀ belə rəvayət etmişdir: “Bir dəfə Osman su gətizdirdi və dəstəmaz aldı. Əvvəlcə əllərini üç dəfə yudu, sonra (sağ əli ilə qabdan su götürüb) həm ağzını yaxaladı, həm də burnunun içini yudu, sonra üç dəfə üzünü yudu, sonra üç dəfə sağ qolunu dirsəyə qədər yudu, sonra da sol qolunu eyni qaydada yudu, sonra başına məsh çəkdi, sonra üç dəfə sağ ayağını topuğa qədər yudu, sonra da sol ayağını eyni qaydada yudu. Sonra isə belə dedi: “Mən Peyğəmbərin ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm. O, dəstəmaz aldıqdan sonra belə buyurdu: “Hər kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və namaz əsnasında heç bir şey haqda düşünməzsə, onun keçmiş günahları bağışlanar”. İbn Şihab ﵀ demişdir: “Alimlərimiz deyərdilər: “Bu dəstəmaz bir kimsənin namaz qılmaq üçün alacağı dəstəmazın ən kamilidir”.”

Osman
SəhihFəzilətli əməllər, 96 (Kitab 3, 8)

Qeyd

Muslim, 331, 538, 560.

عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ قَالَ: أَتَيْتُ عُثْمَانَ بْنَ عَفَّانَ بِوَضُوءٍ، فَتَوَضَّأَ ثُمَّ قَالَ: إِنَّ نَاسًا يَتَحَدَّثُونَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَحَادِيثَ، لاَ أَدْرِي مَا هِيَ. إِلاَّ أَنِّي رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ مِثْلَ وُضُوئِي هَذَا، ثُمَّ قَالَ: مَنْ تَوَضَّأَ هَكَذَا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ، وَكَانَتْ صَلاَتُهُ وَمَشْيُهُ إِلَى الْمَسْجِدِ نَافِلَةً.

“Rəvayət edilir ki, Osmanın ﵁ mövlası Humran ﵀ demişdir: “Bir dəfə mən Osman ibn Əffana (dəstəmaz almaq üçün) su gətirdim. O, dəstəmaz aldıqdan sonra dedi: “(Bəzi) adamlar Allah Elçisindən ﷺ hədislər danışırlar ki, mən bunların nə məna daşıdığını bilmirəm. Ancaq onu deyə bilərəm ki, mən Allah Elçisini ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz alan gördüm”. Sonra o, belə buyurdu: “Kim bu cür dəstəmaz alsa, onun keçmiş günahları bağışlanar. Üstəlik namaz qılmağı və məscidə getməyi (onun savabını) artırar”.”

Osman
SəhihFəzilətli əməllər, 97 (Kitab 3, 9)

Qeyd

Muslim, 336, 544, 566.

عَنْ جَامِعِ بْنِ شَدَّادٍ قَالَ: سَمِعْتُ حُمْرَانَ بْنَ أَبَانَ يُحَدِّثُ أَبَا بُرْدَةَ فِي هَذَا الْمَسْجِدِ، فِي إِمَارَةِ بِشْرٍ أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ أَتَمَّ الْوُضُوءَ كَمَا أَمَرَهُ اللَّهُ تَعَالَى، فَالصَّلَوَاتُ الْمَكْتُوبَاتُ كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ.

“Rəvayət edilir ki, Cami ibn Şəddad ﵀ demişdir: “Mən Bişrin əmir olduğu dövrdə Humran ibn Əbanın bu məsciddə Əbu Burdəyə belə bir hədis danışdığını eşitdim: “Osman ibn Əffan Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Kim dəstəmazı Uca Allahın əmr etdiyi kimi tam şəkildə yerinə yetirsə, (qıldığı) fərz buyurulmuş namazlar aralarındakı günahlar üçün kəffarə olar”.”

Cami ibn Şəddad
SəhihFəzilətli əməllər, 98 (Kitab 3, 10)

Qeyd

Muslim, 339, 547, 569.

عَنْ عَمْرِو بْنِ شُعَيبٍ، عَنْ أَبِيهِ، عَنْ جَدِّهِ قَالَ: جَاءَ أَعْرَابِيٌّ إِلىَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَسأَلُهُ عَنِ الْوضُوءِ، فَأَرَاهُ ثَلاَثاً ثَلاَثًا قَالَ: «هَذَا الْوضُوء، فُمَنْ زَادَ عَلَى هَذَا، فَقَدْ أَسَاءَ وَتَعَدَّى وَظَلَم».

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, bir dəfə bir bədəvi Peyğəmbərin ﷺ yanına gəlib ondan dəstəmaz haqqında soruşdu. Peyğəmbər ﷺ əzalarını üç dəfə yuyaraq (dəstəmaz almağın qaydasını) ona göstərdi və buyurdu: “Dəstəmaz budur, kim (üç dəfədən çox yuyaraq) artırarsa, düzgün etməmiş, həddini aşmış və zülm etmişdir”.”

Amr ibn Şueyb atasından və babasından
SəhihFəzilətli əməllər, 99 (Kitab 3, 11)

Qeyd

Əhməd, 6684. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 2980.

Fəsil 3

Dəstəmazlı yatan

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«مَا مِنْ مُسْلِمٍ يَبِيْتُ عَلَى ذِكْرٍ طَاهِراً فَيَتَعَارَّ مِنَ اللَّيْلِ فَيَسْأَلَ الله عَزَّ وَجَلَّ خَيْراً مِنَ الدُّنْيَا وَالآخِرَةِ ، إِلاَّ أَعْطَاهُ إِيَاه».

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahı zikr edərək dəstəmazlı yatan, gecə oyanıb Allahdan ﷿ dünya və Axirəti üçün xeyir diləyən elə bir müsəlman yoxdur ki, Allah ona istədiyini verməsin”.”

Muaz ibn Cəbəl
SəhihFəzilətli əməllər, 100 (Kitab 3, 12)

Qeyd

Əbu Davud, 5042, 5044. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1215.

عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ بَاتَ طَاهِرًا بَاتَ فِي شِعَارِهِ مَلَكٌ ، لاَ يَسْتَيْقِظُ سَاعَةً مِنَ اللَّيْلِ إِلاَّ قَالَ الْمَلَكُ : اللَّهُمَّ اغْفِرْ لِعَبْدِكَ فُلاَنٍ ، فَإِنَّهُ بَاتَ طَاهِرًا .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim dəstəmazlı yatarsa, onun saçlarında bir mələk gecələyər. Gecənin hər hansı vaxtında oyansa, mələk belə dua edər: “Allahım, filan qulunu bağışla! Çünki o, dəstəmazlı yatmışdır!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 101 (Kitab 3, 13)

Qeyd

İbn Mubərak “əz-Zühd” 1244. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 2539.

Fəsil 4

Dəstəmaz əzaları Qiyamət günü nur saçacaq

عَنِ ابْنِ مَسْعُودٍ قَالَ: قِيلَ: يَا رَسُوْلَ اللهِ! كَيْفَ تَعْرِفُ مَنْ لَمْ تَرَى مِنْ أُمَّتِكَ؟ قَالَ: «غُرٌّ مُحَجَّلُونَ بُلْقٌ مِنْ آثَارِ الْوَضُوءِ»....«تَرِدُونَ عَلَىَّ غُرًّا مُحَجَّلِينَ مِنْ الْوُضُوءِ، سِيْمَاءُ أُمَّتِي لَيْسَ لأَحَدٍ غَيْرَهَا»

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Bir dəfə Allah Elçisindən ﷺ soruşdular: “Ey Allahın Elçisi! (Qiyamət günü) ümmətindən görmədiyin kəsləri necə tanıyacaqsan?” Allah Elçisi ﷺ buyurdu: “Dəstəmaz aldıqlarına görə üzləri parlaq, əllərinin və ayaqlarının nurlu olmasından tanıyacağam”. Digər rəvayətdə belə deyilir: “Siz (Qiyamət günü) mənim yanıma dəstəmaz əzaları nurlu olaraq gələcəksiniz. Ümmətimin siması başqalarında olmayacaq”.”

İbn Məsud
SəhihFəzilətli əməllər, 102 (Kitab 3, 14)

Qeyd

İbn Macə, 4282, 4423. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Macə, 3455.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى الْمَقْبُرَةَ فَقَالَ: «السَّلاَمُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ، وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ، وَدِدْتُ أَنَّا قَدْ رَأَيْنَا إِخْوَانَنَا» قَالُوا: أَوَلَسْنَا إِخْوَانَكَ يَا رَسُولَ اللَّهِ؟ قَالَ: «أَنْتُمْ أَصْحَابِي، وَإِخْوَانُنَا الَّذِينَ لَمْ يَأْتُوا بَعْدُ» فَقَالُوا كَيْفَ تَعْرِفُ مَنْ لَمْ يَأْتِ بَعْدُ مِنْ أُمَّتِكَ يَا رَسُولَ اللَّهِ؟ فَقَالَ: «أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلاً لَهُ خَيْلٌ غُرٌّ مُحَجَّلَةٌ، بَيْنَ ظَهْرَيْ خَيْلٍ دُهْمٍ بُهْمٍ، أَلاَ يَعْرِفُ خَيْلَهُ؟» قَالُوا: بَلَى، يَا رَسُولَ اللَّهِ، قَالَ: «فَإِنَّهُمْ يَأْتُونَ غُرًّا مُحَجَّلِينَ مِنْ الْوُضُوءِ، وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ، أَلاَ لَيُذَادَنَّ رِجَالٌ عَنْ حَوْضِي كَمَا يُذَادُ الْبَعِيرُ الضَّالُّ أُنَادِيهِمْ: أَلاَ هَلُمَّ، فَيُقَالُ: إِنَّهُمْ قَدْ بَدَّلُوا بَعْدَكَ، فَأَقُولُ: سُحْقًا سُحْقًا».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qəbiristanlığa gəlib dedi: “Sizə salam olsun, ey (bu) diyarın mömin sakinləri! Allah istəsə, biz də sizə qovuşacağıq. Qardaşlarımızı görməyimizə ümid edirəm!” Səhabələr soruşdular: “Biz sənin qardaşların deyilikmi, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ (dünyaya) gəlməmiş kimsələrdir”. (Digər rəvayətdə Peyğəmbər ﷺ belə demişdir: “Qardaşlarım isə məni görməyib mənə iman gətirən kimsələrdir”). Səhabələr soruşdular: “Hələ (dünyaya) gəlməmiş kimsələrin sənin ümmətindən olduğunu necə tanıyacaqsan, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bir deyin görək, əgər bir adamın alnında və ayaqlarında ağ ləkə olan atları olsa və bu atlar, rənginə başqa rəng qarışmamış qapqara atların arasında olarsa, o adam öz atını tanımazmı?” Səhabələr: “Bəli, tanıyar, ey Allahın Elçisi!”– deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Heç şübhəsiz ki, onlar da aldıqları dəstəmaz səbəbilə (Qiyamət günü məhşərə) üzləri parlaq, əlləri və ayaqları nurlu halda gələcəklər. Hamıdan əvvəl hovuzun başına gələn mən olacağam. Biləsiniz! İtmiş dəvə qovulduğu kimi bir çox insanlar da mənim hovuzumun yanından qovulacaqlar. Mən: “Haydı, bura gəlin!”– deyə onları səsləyəcəyəm. (Cavabında) mənə: “Onlar səndən sonra (dində) dəyişikliklər etmişlər”– deyiləcək. Onda mən deyəcəyəm: “Allah (onları məndən) uzaq eləsin, uzaq!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 103 (Kitab 3, 15)

Qeyd

Muslim, 367, 584, 607.

Fəsil 5

Gözəl şəkildə dəstəmaz alıb namaz qılan

عَنْ عُثْمَانَ بْنَ عَفَّانَ، أَنَّهُ دَعَا بِإِنَاءٍ، فَأَفْرَغَ عَلَى كَفَّيْهِ ثَلاَثَ مِرَارٍ فَغَسَلَهُمَا، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِى الإِنَاءِ فَمَضْمَضَ، وَاسْتَنْشَقَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا، وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلاَثَ مِرَارٍ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ، ثُمَّ غَسَلَ رِجْلَيْهِ ثَلاَثَ مِرَارٍ إِلَى الْكَعْبَيْنِ، ثُمَّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ، لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ su gətizdirib dəstəmaz alaraq əllərinə su töküb onları üç dəfə yudu; sonra sağ əlini qaba salıb (su götürdü və bununla) həm ağzını yaxaladı, həm də burnunun içini yudu; sonra üç dəfə üzünü və üç dəfə qollarını dirsəklərə qədər yudu; sonra başına məsh çəkdi; sonra üç dəfə ayaqlarını topuqlara qədər yudu, sonra da dedi: “Allah Elçisi ﷺ belə demişdir: “Mənim kimi dəstəmaz alıb, qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılan kimsənin keçmiş günahları bağışlanar”.”

Osman ibn Əffan
SəhihFəzilətli əməllər, 104 (Kitab 3, 16)

Qeyd

əl-Buxari, 155, 159; Muslim, 331, 537, 560.

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ صَلَّى رَكْعَتَيْنِ يُقْبِلُ عَلَيْهِمَا بِقَلْبِهِ وَوَجْهِهِ وَجَبَتْ لَهُ الْجَنَّةُ»...«مَنْ تَوَضَّأَ فَأَحْسَنَ وُضُوءَهُ ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لاَ يَسْهُو فِيهِمَا غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

“Rəvayət edilir ki, Uqbə ibn Amir əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gözəl şəkildə dəstəmaz alar, sonra qəlbi (xuşu ilə) və üzü ilə (diqqəti namazın hərəkətlərinə) yönələrək iki rükət namaz qılarsa, Cənnət ona vacib olar”. Digər rəvayətdə deyilir: “Kim gözəl şəkildə dəstəmaz alar, sonra səhv etmədən iki rükət namaz qılarsa, Allah onun keçmiş günahlarını bağışlayar”.”

Uqbə ibn Amir əl-Cuhəni
HəsənFəzilətli əməllər, 105 (Kitab 3, 17)

Qeyd

Əhməd, 17095, 17517. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6165.

سَمِعْتُ عَلِيًّا يَقُولُ إِنِّى كُنْتُ رَجُلاً إِذَا سَمِعْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيثًا نَفَعَنِى اللَّهُ مِنْهُ بِمَا شَاءَ أَنْ يَنْفَعَنِى بِهِ وَإِذَا حَدَّثَنِى رَجُلٌ مِنْ أَصْحَابِهِ اسْتَحْلَفْتُهُ فَإِذَا حَلَفَ لِى صَدَّقْتُهُ وَإِنَّهُ حَدَّثَنِى أَبُو بَكْرٍ وَصَدَقَ أَبُو بَكْرٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَا مِنْ رَجُلٍ يُذْنِبُ ذَنْبًا ثُمَّ يَقُومُ فَيَتَطَهَّرُ ثُمَّ يُصَلِّى ثُمَّ يَسْتَغْفِرُ اللَّهَ إِلاَّ غَفَرَ اللَّهُ لَهُ». ثُمَّ قَرَأَ هَذِهِ الآيَةَ }وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ{.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ bir hədis eşitdikdə, Allah o hədislə məni istədiyi şəkildə faydalandırırdı. Allah Elçisinin ﷺ səhabələrindən bir nəfər mənə hədis danışanda ona and içdirirdim. Əgər and içirdisə, ona inanırdım. Bir dəfə Əbu Bəkr mənə bir hədis danışdı. Əbu Bəkr düz danışan idi, o, belə dedi: “Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Günah etdikdən sonra dəstəmaz alaraq namaz qılıb Allahdan bağışlanmasını diləyən elə bir kişi yoxdur ki, Allah onu bağışlamasın”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?” (Ali-İmran, 135)”.”

Əli
SəhihFəzilətli əməllər, 106 (Kitab 3, 18)

Qeyd

ət-Tirmizi, 406, 408. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 680.

عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ قَالَ: تَوَضَّأَ عُثْمَانُ بْنُ عَفَّانَ يَوْمًا وُضُوءًا حَسَنًا، ثُمَّ قَالَ: رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ، ثُمَّ قَالَ: مَنْ تَوَضَّأَ هَكَذَا، ثُمَّ خَرَجَ إِلَى الْمَسْجِدِ لاَ يَنْهَزُهُ إِلاَّ الصَّلاَةُ، غُفِرَ لَهُ مَا خَلاَ مِنْ ذَنْبِهِ.

“Osmanın ﵁ mövlası Humran ﵀ demişdir: “Bir gün Osman ibn Əffan gözəl şəkildə dəstəmaz aldı. Sonra belə dedi: “Mən Peyğəmbəri ﷺ gördüm. O, dəstəmaz aldı və bunu gözəl şəkildə yerinə yetirdi. Sonra buyurdu: “Kim bu şəkildə dəstəmaz alar, sonra da nəfsini yalnız namaz qılmağa təhrik edərək məscidə gedərsə, keçmiş günahları bağışlanar”.”

Osman
SəhihFəzilətli əməllər, 107 (Kitab 3, 19)

Qeyd

Muslim, 340, 548, 570.

عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَنْ تَوَضَّأَ لِلصَّلاَةِ فَأَسْبَغَ الْوُضُوءَ، ثُمَّ مَشَى إِلَى الصَّلاَةِ الْمَكْتُوبَةِ، فَصَلاَّهَا مَعَ النَّاسِ، أَوْ مَعَ الْجَمَاعَةِ، أَوْ فِي الْمَسْجِدِ، غَفَرَ اللَّهُ لَهُ ذُنُوبَهُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim namaz qılmaq üçün dəstəmaz alar və dəstəmazını tam şəkildə yerinə yetirər, sonra da fərz namazını qılmağa gedər və bu namazı insanlarla, yaxud camaatla birgə, ya da məsciddə qılarsa, Allah onun günahlarını bağışlayar”.”

Osman ibn Əffan
SəhihFəzilətli əməllər, 108 (Kitab 3, 20)

Qeyd

Muslim, 341, 549, 571.

حَدَّثَنَا إِسْحَقُ بْنُ سَعِيدِ بْنِ عَمْرِو بْنِ سَعِيدِ بْنِ الْعَاصِ: حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ قَالَ: كُنْتُ عِنْدَ عُثْمَانَ، فَدَعَا بِطَهُورٍ فَقَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَا مِنْ امْرِئٍ مُسْلِمٍ تَحْضُرُهُ صَلاَةٌ مَكْتُوبَةٌ، فَيُحْسِنُ وُضُوءَهَا وَخُشُوعَهَا وَرُكُوعَهَا، إِلاَّ كَانَتْ كَفَّارَةً لِمَا قَبْلَهَا مِنْ الذُّنُوبِ، مَا لَمْ يُؤْتِ كَبِيرَةً وَذَلِكَ الدَّهْرَ كُلَّهُ».

“Rəvayət edilir ki, Amr ibn əl-As ﵄ demişdir: “Mən Osmanın yanında ikən o, (dəstəmaz almaq üçün) su gətizdirdi və dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bir fərz namazının vaxtı yetişdikdə onun dəstəmazını, xuşusunu və rukusunu gözəl tərzdə yerinə yetirən elə bir müsəlman bəndə yoxdur ki, böyük günah işləmədikcə bu namazı onun əvvəlki günahlarına kəffarə olmasın. Bu, hər zaman belədir”.”

İshaq ibn Səid atasından və babasından
SəhihFəzilətli əməllər, 109 (Kitab 3, 21)

Qeyd

Muslim, 535, 543, 565.

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَلاَ أَدُلُّكُمْ عَلَى مَا يَمْحُو اللَّهُ بِهِ الْخَطَايَا وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ؟» قَالُوا: بَلَى، يَا رَسُولَ اللَّهِ! قَالَ: «إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ، وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ، وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ، فَذَلِكُمْ الرِّبَاطُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ səhabələrinə buyurdu: “Allahın, sayəsində günahları silib dərəcələri artıracağı şeyi sizə bildirimmi?” Onlar: “Bəli, ey Allahın Elçisi!”– deyə cavab verdilər. Allah Elçisi ﷺ buyurdu: “Bu, çətinliklərə rəğmən (soyuq, xəstəlik səbəbilə) dəstəmazı kamil şəkildə almaq, məscidlərə getdikdə addımları çoxaltmaq və namazdan sonra (növbəti) namazı gözləməkdir. Bunlar keşiyində durmağa layiq olan işlərdir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 110 (Kitab 3, 22)

Qeyd

Muslim, 369, 587, 610.

عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «طَهِّرُوا هَذِهِ الأَجْسَاد طَهَّرَكُمْ اللهُ، فَإِنَّهُ لَيْسَ عَبْدٌ يَبِيْتُ طَاهِراً إِلاَّ بَاتَ مَعَهُ مَلَكٌ فِي شِعَارِهِ، لاَ يَنْقَلِبُ سَاعَةً مِنَ اللَّيْلِ )فَلَمْ يَسْتَيْقِظْ( إِلاَّ قَالَ: اللَّهُمَّ أَغْفِرْ لِعَبْدِكَ فَإِنَّهُ بَاتَ طَاهِراً».

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Vücudlarınızı təmizləyin, Allah da sizi təmizləsin! Həqiqətən, gecə təmizlənərək yatan elə bir qul yoxdur ki, bir mələk onun libasında gecələməsin. O, gecə hər dəfə çevrildikdə (oyandıqda) mələk belə dua edir: “Allahım, qulunu bağışla! Həqiqətən, o, təmizlənərək yatmışdır!””

İbn Ömər
HəsənFəzilətli əməllər, 111 (Kitab 3, 23)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 13620. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3936.

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «تَبْلُغ حِلْيَةُ أَهْلِ الْجَنَّةِ مَبْلَغَ الْوضُوءِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənnət əhlinin zinəti dəstəmaz yerlərinə qədər olacaq”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 112 (Kitab 3, 24)

Qeyd

İbn Hibban, 1042. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 252.

Fəsil 6

Cənabət qüslu əmanətdir

عَنْ أَبِي الدَّرْدَاءِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: خَمْسٌ مَنْ جَاءَ بِهِنَّ مَعَ إِيمَانٍ دَخَلَ الْجَنَّةَ: مَنْ حَافَظَ عَلَى الصَّلَوَاتِ الْخَمْسِ, عَلَى وُضُوئِهِنَّ, وَرُكُوعِهِنَّ, وَسُجُودِهِنَّ, وَمَوَاقِيتِهِنَّ, وَصَامَ رَمَضَانَ, وَحَجَّ الْبَيْتَ إِنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا, وَآتى الزَّكَاةَ طَيِّبَةً بِهَا نَفْسُهُ, وَأَدَّى الْأَمَانَةَ", قيل: يا رسول الله وَمَا أَدَاءُ الْأَمَانَةِ؟ قَالَ: الْغُسْلُ مِنْ الْجَنَابَةِ إِنَّ اللَّهَ لَمْ يَأْمَنِ ابْنَ آدَمَ عَلَى شَيْءٍ مِنْ دِينِهِ غَيْرِهَا

“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim iman gətirməklə bərabər bu beş əməli edərsə, Cənnətə daxil olar; dəstəmazını gözəl şəkildə almaqla, ruku və səcdəsini tam yerinə yetirməklə beş vaxt namazları vaxtlı-vaxtında qılan; Ramazan orucunu tutan; gücü çatdıqda Evi (Kəbəni) həcc edən; könüllü şəkildə zəkat verən; əmanəti qaytaran”. Dedilər: “Ey Allahın Elçisi, əmanəti qaytarmaq nədir?” Allah Elçisi ﷺ buyurdu: “Cənabət halından (təmizlənərək) qüsl etməkdir. Həqiqətən, Allah Adəm oğluna dində yalnız bunu əmanət etmişdir”.”

Əbu əd-Dərdə
HəsənFəzilətli əməllər, 113 (Kitab 3, 25)

Qeyd

əl-Munziri “Tərğib vət-Tərhib” 544; əl-Heysəmi “Məcməuz-Zəvaid” 139. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 369.