Dəstəmaz almağın fəziləti
عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ قَالَ: أَتَيْتُ عُثْمَانَ بْنَ عَفَّانَ بِوَضُوءٍ، فَتَوَضَّأَ ثُمَّ قَالَ: إِنَّ نَاسًا يَتَحَدَّثُونَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَحَادِيثَ، لاَ أَدْرِي مَا هِيَ. إِلاَّ أَنِّي رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ مِثْلَ وُضُوئِي هَذَا، ثُمَّ قَالَ: مَنْ تَوَضَّأَ هَكَذَا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ، وَكَانَتْ صَلاَتُهُ وَمَشْيُهُ إِلَى الْمَسْجِدِ نَافِلَةً.
“Rəvayət edilir ki, Osmanın ﵁ mövlası Humran ﵀ demişdir: “Bir dəfə mən Osman ibn Əffana (dəstəmaz almaq üçün) su gətirdim. O, dəstəmaz aldıqdan sonra dedi: “(Bəzi) adamlar Allah Elçisindən ﷺ hədislər danışırlar ki, mən bunların nə məna daşıdığını bilmirəm. Ancaq onu deyə bilərəm ki, mən Allah Elçisini ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz alan gördüm”. Sonra o, belə buyurdu: “Kim bu cür dəstəmaz alsa, onun keçmiş günahları bağışlanar. Üstəlik namaz qılmağı və məscidə getməyi (onun savabını) artırar”.”
Qeyd
Muslim, 336, 544, 566.
İstinad
Fəzilətli əməllər, 97 (Kitab 3, 9)
Fəzilətli əməllər — Təmizlik