Təmizlik

Dəstəmaz almağın fəziləti

عَنْ جَامِعِ بْنِ شَدَّادٍ قَالَ: سَمِعْتُ حُمْرَانَ بْنَ أَبَانَ يُحَدِّثُ أَبَا بُرْدَةَ فِي هَذَا الْمَسْجِدِ، فِي إِمَارَةِ بِشْرٍ أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ أَتَمَّ الْوُضُوءَ كَمَا أَمَرَهُ اللَّهُ تَعَالَى، فَالصَّلَوَاتُ الْمَكْتُوبَاتُ كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ.

“Rəvayət edilir ki, Cami ibn Şəddad ﵀ demişdir: “Mən Bişrin əmir olduğu dövrdə Humran ibn Əbanın bu məsciddə Əbu Burdəyə belə bir hədis danışdığını eşitdim: “Osman ibn Əffan Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Kim dəstəmazı Uca Allahın əmr etdiyi kimi tam şəkildə yerinə yetirsə, (qıldığı) fərz buyurulmuş namazlar aralarındakı günahlar üçün kəffarə olar”.”

Cami ibn Şəddad
Səhih

Qeyd

Muslim, 339, 547, 569.

İstinad

Fəzilətli əməllər, 98 (Kitab 3, 10)

Fəzilətli əməllər — Təmizlik