Dəstəmaz almağın fəziləti
أَنَّ حُمْرَانَ مَوْلَى عُثْمَانَ أَخْبَرَهُ أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ دَعَا بِوَضُوءٍ فَتَوَضَّأَ، فَغَسَلَ كَفَّيْهِ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ مَضْمَضَ وَاسْتَنْثَرَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ غَسَلَ يَدَهُ الْيُمْنَى إِلَى الْمِرْفَقِ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ غَسَلَ يَدَهُ الْيُسْرَى مِثْلَ ذَلِكَ، ثُمَّ مَسَحَ رَأْسَهُ، ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُمْنَى إِلَى الْكَعْبَيْنِ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ غَسَلَ الْيُسْرَى مِثْلَ ذَلِكَ، ثُمَّ قَالَ: رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا، ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا، ثُمَّ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ، لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ. قَالَ ابْنُ شِهَابٍ: وَكَانَ عُلَمَاؤُنَا يَقُولُونَ: هَذَا الْوُضُوءُ أَسْبَغُ مَا يَتَوَضَّأُ بِهِ أَحَدٌ لِلصَّلاَةِ.
“Osmanın ﵁ köləlikdən azad etdiyi Humran ﵀ belə rəvayət etmişdir: “Bir dəfə Osman su gətizdirdi və dəstəmaz aldı. Əvvəlcə əllərini üç dəfə yudu, sonra (sağ əli ilə qabdan su götürüb) həm ağzını yaxaladı, həm də burnunun içini yudu, sonra üç dəfə üzünü yudu, sonra üç dəfə sağ qolunu dirsəyə qədər yudu, sonra da sol qolunu eyni qaydada yudu, sonra başına məsh çəkdi, sonra üç dəfə sağ ayağını topuğa qədər yudu, sonra da sol ayağını eyni qaydada yudu. Sonra isə belə dedi: “Mən Peyğəmbərin ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm. O, dəstəmaz aldıqdan sonra belə buyurdu: “Hər kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və namaz əsnasında heç bir şey haqda düşünməzsə, onun keçmiş günahları bağışlanar”. İbn Şihab ﵀ demişdir: “Alimlərimiz deyərdilər: “Bu dəstəmaz bir kimsənin namaz qılmaq üçün alacağı dəstəmazın ən kamilidir”.”
Qeyd
Muslim, 331, 538, 560.
İstinad
Fəzilətli əməllər, 96 (Kitab 3, 8)
Fəzilətli əməllər — Təmizlik