Təmizlik

Gözəl şəkildə dəstəmaz alıb namaz qılan

سَمِعْتُ عَلِيًّا يَقُولُ إِنِّى كُنْتُ رَجُلاً إِذَا سَمِعْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيثًا نَفَعَنِى اللَّهُ مِنْهُ بِمَا شَاءَ أَنْ يَنْفَعَنِى بِهِ وَإِذَا حَدَّثَنِى رَجُلٌ مِنْ أَصْحَابِهِ اسْتَحْلَفْتُهُ فَإِذَا حَلَفَ لِى صَدَّقْتُهُ وَإِنَّهُ حَدَّثَنِى أَبُو بَكْرٍ وَصَدَقَ أَبُو بَكْرٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَا مِنْ رَجُلٍ يُذْنِبُ ذَنْبًا ثُمَّ يَقُومُ فَيَتَطَهَّرُ ثُمَّ يُصَلِّى ثُمَّ يَسْتَغْفِرُ اللَّهَ إِلاَّ غَفَرَ اللَّهُ لَهُ». ثُمَّ قَرَأَ هَذِهِ الآيَةَ }وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ{.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ bir hədis eşitdikdə, Allah o hədislə məni istədiyi şəkildə faydalandırırdı. Allah Elçisinin ﷺ səhabələrindən bir nəfər mənə hədis danışanda ona and içdirirdim. Əgər and içirdisə, ona inanırdım. Bir dəfə Əbu Bəkr mənə bir hədis danışdı. Əbu Bəkr düz danışan idi, o, belə dedi: “Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Günah etdikdən sonra dəstəmaz alaraq namaz qılıb Allahdan bağışlanmasını diləyən elə bir kişi yoxdur ki, Allah onu bağışlamasın”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?” (Ali-İmran, 135)”.”

Əli
Səhih

Qeyd

ət-Tirmizi, 406, 408. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 680.

İstinad

Fəzilətli əməllər, 106 (Kitab 3, 18)

Fəzilətli əməllər — Təmizlik