Təmizlik

Gözəl şəkildə dəstəmaz alıb namaz qılan

عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ قَالَ: تَوَضَّأَ عُثْمَانُ بْنُ عَفَّانَ يَوْمًا وُضُوءًا حَسَنًا، ثُمَّ قَالَ: رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ، ثُمَّ قَالَ: مَنْ تَوَضَّأَ هَكَذَا، ثُمَّ خَرَجَ إِلَى الْمَسْجِدِ لاَ يَنْهَزُهُ إِلاَّ الصَّلاَةُ، غُفِرَ لَهُ مَا خَلاَ مِنْ ذَنْبِهِ.

“Osmanın ﵁ mövlası Humran ﵀ demişdir: “Bir gün Osman ibn Əffan gözəl şəkildə dəstəmaz aldı. Sonra belə dedi: “Mən Peyğəmbəri ﷺ gördüm. O, dəstəmaz aldı və bunu gözəl şəkildə yerinə yetirdi. Sonra buyurdu: “Kim bu şəkildə dəstəmaz alar, sonra da nəfsini yalnız namaz qılmağa təhrik edərək məscidə gedərsə, keçmiş günahları bağışlanar”.”

Osman
Səhih

Qeyd

Muslim, 340, 548, 570.

İstinad

Fəzilətli əməllər, 107 (Kitab 3, 19)

Fəzilətli əməllər — Təmizlik