Gözəl şəkildə dəstəmaz alıb namaz qılan
عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَنْ تَوَضَّأَ لِلصَّلاَةِ فَأَسْبَغَ الْوُضُوءَ، ثُمَّ مَشَى إِلَى الصَّلاَةِ الْمَكْتُوبَةِ، فَصَلاَّهَا مَعَ النَّاسِ، أَوْ مَعَ الْجَمَاعَةِ، أَوْ فِي الْمَسْجِدِ، غَفَرَ اللَّهُ لَهُ ذُنُوبَهُ.
“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim namaz qılmaq üçün dəstəmaz alar və dəstəmazını tam şəkildə yerinə yetirər, sonra da fərz namazını qılmağa gedər və bu namazı insanlarla, yaxud camaatla birgə, ya da məsciddə qılarsa, Allah onun günahlarını bağışlayar”.”
Qeyd
Muslim, 341, 549, 571.
İstinad
Fəzilətli əməllər, 108 (Kitab 3, 20)
Fəzilətli əməllər — Təmizlik