Gözəl şəkildə dəstəmaz alıb namaz qılan
حَدَّثَنَا إِسْحَقُ بْنُ سَعِيدِ بْنِ عَمْرِو بْنِ سَعِيدِ بْنِ الْعَاصِ: حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ قَالَ: كُنْتُ عِنْدَ عُثْمَانَ، فَدَعَا بِطَهُورٍ فَقَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَا مِنْ امْرِئٍ مُسْلِمٍ تَحْضُرُهُ صَلاَةٌ مَكْتُوبَةٌ، فَيُحْسِنُ وُضُوءَهَا وَخُشُوعَهَا وَرُكُوعَهَا، إِلاَّ كَانَتْ كَفَّارَةً لِمَا قَبْلَهَا مِنْ الذُّنُوبِ، مَا لَمْ يُؤْتِ كَبِيرَةً وَذَلِكَ الدَّهْرَ كُلَّهُ».
“Rəvayət edilir ki, Amr ibn əl-As ﵄ demişdir: “Mən Osmanın yanında ikən o, (dəstəmaz almaq üçün) su gətizdirdi və dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bir fərz namazının vaxtı yetişdikdə onun dəstəmazını, xuşusunu və rukusunu gözəl tərzdə yerinə yetirən elə bir müsəlman bəndə yoxdur ki, böyük günah işləmədikcə bu namazı onun əvvəlki günahlarına kəffarə olmasın. Bu, hər zaman belədir”.”
Qeyd
Muslim, 535, 543, 565.
İstinad
Fəzilətli əməllər, 109 (Kitab 3, 21)
Fəzilətli əməllər — Təmizlik