Təmizlik

Gözəl şəkildə dəstəmaz alıb namaz qılan

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَلاَ أَدُلُّكُمْ عَلَى مَا يَمْحُو اللَّهُ بِهِ الْخَطَايَا وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ؟» قَالُوا: بَلَى، يَا رَسُولَ اللَّهِ! قَالَ: «إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ، وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ، وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ، فَذَلِكُمْ الرِّبَاطُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ səhabələrinə buyurdu: “Allahın, sayəsində günahları silib dərəcələri artıracağı şeyi sizə bildirimmi?” Onlar: “Bəli, ey Allahın Elçisi!”– deyə cavab verdilər. Allah Elçisi ﷺ buyurdu: “Bu, çətinliklərə rəğmən (soyuq, xəstəlik səbəbilə) dəstəmazı kamil şəkildə almaq, məscidlərə getdikdə addımları çoxaltmaq və namazdan sonra (növbəti) namazı gözləməkdir. Bunlar keşiyində durmağa layiq olan işlərdir”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 369, 587, 610.

İstinad

Fəzilətli əməllər, 110 (Kitab 3, 22)

Fəzilətli əməllər — Təmizlik