Təmizlik

Gözəl şəkildə dəstəmaz alıb namaz qılan

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ صَلَّى رَكْعَتَيْنِ يُقْبِلُ عَلَيْهِمَا بِقَلْبِهِ وَوَجْهِهِ وَجَبَتْ لَهُ الْجَنَّةُ»...«مَنْ تَوَضَّأَ فَأَحْسَنَ وُضُوءَهُ ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لاَ يَسْهُو فِيهِمَا غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

“Rəvayət edilir ki, Uqbə ibn Amir əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gözəl şəkildə dəstəmaz alar, sonra qəlbi (xuşu ilə) və üzü ilə (diqqəti namazın hərəkətlərinə) yönələrək iki rükət namaz qılarsa, Cənnət ona vacib olar”. Digər rəvayətdə deyilir: “Kim gözəl şəkildə dəstəmaz alar, sonra səhv etmədən iki rükət namaz qılarsa, Allah onun keçmiş günahlarını bağışlayar”.”

Uqbə ibn Amir əl-Cuhəni
Həsən

Qeyd

Əhməd, 17095, 17517. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6165.

İstinad

Fəzilətli əməllər, 105 (Kitab 3, 17)

Fəzilətli əməllər — Təmizlik