Təmizlik

Gözəl şəkildə dəstəmaz alıb namaz qılan

عَنْ عُثْمَانَ بْنَ عَفَّانَ، أَنَّهُ دَعَا بِإِنَاءٍ، فَأَفْرَغَ عَلَى كَفَّيْهِ ثَلاَثَ مِرَارٍ فَغَسَلَهُمَا، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِى الإِنَاءِ فَمَضْمَضَ، وَاسْتَنْشَقَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا، وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلاَثَ مِرَارٍ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ، ثُمَّ غَسَلَ رِجْلَيْهِ ثَلاَثَ مِرَارٍ إِلَى الْكَعْبَيْنِ، ثُمَّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ، لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ su gətizdirib dəstəmaz alaraq əllərinə su töküb onları üç dəfə yudu; sonra sağ əlini qaba salıb (su götürdü və bununla) həm ağzını yaxaladı, həm də burnunun içini yudu; sonra üç dəfə üzünü və üç dəfə qollarını dirsəklərə qədər yudu; sonra başına məsh çəkdi; sonra üç dəfə ayaqlarını topuqlara qədər yudu, sonra da dedi: “Allah Elçisi ﷺ belə demişdir: “Mənim kimi dəstəmaz alıb, qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılan kimsənin keçmiş günahları bağışlanar”.”

Osman ibn Əffan
Səhih

Qeyd

əl-Buxari, 155, 159; Muslim, 331, 537, 560.

İstinad

Fəzilətli əməllər, 104 (Kitab 3, 16)

Fəzilətli əməllər — Təmizlik