Dəstəmaz əzaları Qiyamət günü nur saçacaq
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى الْمَقْبُرَةَ فَقَالَ: «السَّلاَمُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ، وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ، وَدِدْتُ أَنَّا قَدْ رَأَيْنَا إِخْوَانَنَا» قَالُوا: أَوَلَسْنَا إِخْوَانَكَ يَا رَسُولَ اللَّهِ؟ قَالَ: «أَنْتُمْ أَصْحَابِي، وَإِخْوَانُنَا الَّذِينَ لَمْ يَأْتُوا بَعْدُ» فَقَالُوا كَيْفَ تَعْرِفُ مَنْ لَمْ يَأْتِ بَعْدُ مِنْ أُمَّتِكَ يَا رَسُولَ اللَّهِ؟ فَقَالَ: «أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلاً لَهُ خَيْلٌ غُرٌّ مُحَجَّلَةٌ، بَيْنَ ظَهْرَيْ خَيْلٍ دُهْمٍ بُهْمٍ، أَلاَ يَعْرِفُ خَيْلَهُ؟» قَالُوا: بَلَى، يَا رَسُولَ اللَّهِ، قَالَ: «فَإِنَّهُمْ يَأْتُونَ غُرًّا مُحَجَّلِينَ مِنْ الْوُضُوءِ، وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ، أَلاَ لَيُذَادَنَّ رِجَالٌ عَنْ حَوْضِي كَمَا يُذَادُ الْبَعِيرُ الضَّالُّ أُنَادِيهِمْ: أَلاَ هَلُمَّ، فَيُقَالُ: إِنَّهُمْ قَدْ بَدَّلُوا بَعْدَكَ، فَأَقُولُ: سُحْقًا سُحْقًا».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qəbiristanlığa gəlib dedi: “Sizə salam olsun, ey (bu) diyarın mömin sakinləri! Allah istəsə, biz də sizə qovuşacağıq. Qardaşlarımızı görməyimizə ümid edirəm!” Səhabələr soruşdular: “Biz sənin qardaşların deyilikmi, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ (dünyaya) gəlməmiş kimsələrdir”. (Digər rəvayətdə Peyğəmbər ﷺ belə demişdir: “Qardaşlarım isə məni görməyib mənə iman gətirən kimsələrdir”). Səhabələr soruşdular: “Hələ (dünyaya) gəlməmiş kimsələrin sənin ümmətindən olduğunu necə tanıyacaqsan, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bir deyin görək, əgər bir adamın alnında və ayaqlarında ağ ləkə olan atları olsa və bu atlar, rənginə başqa rəng qarışmamış qapqara atların arasında olarsa, o adam öz atını tanımazmı?” Səhabələr: “Bəli, tanıyar, ey Allahın Elçisi!”– deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Heç şübhəsiz ki, onlar da aldıqları dəstəmaz səbəbilə (Qiyamət günü məhşərə) üzləri parlaq, əlləri və ayaqları nurlu halda gələcəklər. Hamıdan əvvəl hovuzun başına gələn mən olacağam. Biləsiniz! İtmiş dəvə qovulduğu kimi bir çox insanlar da mənim hovuzumun yanından qovulacaqlar. Mən: “Haydı, bura gəlin!”– deyə onları səsləyəcəyəm. (Cavabında) mənə: “Onlar səndən sonra (dində) dəyişikliklər etmişlər”– deyiləcək. Onda mən deyəcəyəm: “Allah (onları məndən) uzaq eləsin, uzaq!””
Qeyd
Muslim, 367, 584, 607.
İstinad
Fəzilətli əməllər, 103 (Kitab 3, 15)
Fəzilətli əməllər — Təmizlik