Təmizlik

Dəstəmaz əzaları Qiyamət günü nur saçacaq

عَنِ ابْنِ مَسْعُودٍ قَالَ: قِيلَ: يَا رَسُوْلَ اللهِ! كَيْفَ تَعْرِفُ مَنْ لَمْ تَرَى مِنْ أُمَّتِكَ؟ قَالَ: «غُرٌّ مُحَجَّلُونَ بُلْقٌ مِنْ آثَارِ الْوَضُوءِ»....«تَرِدُونَ عَلَىَّ غُرًّا مُحَجَّلِينَ مِنْ الْوُضُوءِ، سِيْمَاءُ أُمَّتِي لَيْسَ لأَحَدٍ غَيْرَهَا»

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Bir dəfə Allah Elçisindən ﷺ soruşdular: “Ey Allahın Elçisi! (Qiyamət günü) ümmətindən görmədiyin kəsləri necə tanıyacaqsan?” Allah Elçisi ﷺ buyurdu: “Dəstəmaz aldıqlarına görə üzləri parlaq, əllərinin və ayaqlarının nurlu olmasından tanıyacağam”. Digər rəvayətdə belə deyilir: “Siz (Qiyamət günü) mənim yanıma dəstəmaz əzaları nurlu olaraq gələcəksiniz. Ümmətimin siması başqalarında olmayacaq”.”

İbn Məsud
Səhih

Qeyd

İbn Macə, 4282, 4423. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Macə, 3455.

İstinad

Fəzilətli əməllər, 102 (Kitab 3, 14)

Fəzilətli əməllər — Təmizlik