Təmizlik imanın yarısıdır
حَدَّثَنِى أَبُو أَيُّوبَ الأَنْصَارِىُّ وَجَابِرُ بْنُ عَبْدِ اللَّهِ وَأَنَسُ بْنُ مَالِكٍ أَنَّ هَذِهِ الآيَةَ نَزَلَتْ }فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ{ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «يَا مَعْشَرَ الأَنْصَارِ إِنَّ اللَّهَ قَدْ أَثْنَى عَلَيْكُمْ فِى الطُّهُورِ فَمَا طُهُورُكُمْ». قَالُوا نَتَوَضَّأُ لِلصَّلاَةِ وَنَغْتَسِلُ مِنَ الْجَنَابَةِ وَنَسْتَنْجِى بِالْمَاءِ. قَالَ «هُوَ ذَلِكَ فَعَلَيْكُمُوهُ».
“Əbu Əyyub əl-Ənsari, Cabir ibn Abdullah və Ənəs ibn Malik ﵃ rəvayət edirlər ki, Uca Allahın: “Orada təmizlənməyi sevən kişilər var. Allah da təmizlənənləri sevir” (ət-Tövbə, 108) ayəsi nazil olduqda Allah Elçisi ﷺ belə buyurdu: “Ey ənsar! Allah sizi pak olduğunuza görə təriflədi, sizin paklığınız nədədir?” Onlar dedilər: “Biz namaz üçün dəstəmaz alır, cənabət qüslu alır və subaşına çıxdıqda su ilə yuyunuruq”. Allah Elçisi ﷺ dedi: “Elə buna görə də Allah sizi təriflədi, buna davam edin!””
Qeyd
İbn Macə, 355, 383. Hədis səhih li-ğeyrihidir. Bax: Mişkətul-Məsabih, 369.
İstinad
Fəzilətli əməllər, 90 (Kitab 3, 2)
Fəzilətli əməllər — Təmizlik