Təmizlik

Təmizlik imanın yarısıdır

عَنْ أَبِي مَالِكٍ الأَشْعَرِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: الطُّهُورُ شَطْرُ الإِيمَانِ، وَالْحَمْدُ لِلَّهِ تَمْلأُ الْمِيزَانَ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ تَمْلآنِ - أَوْ تَمْلأُ - مَا بَيْنَ السَّمَاوَاتِ وَالأَرْضِ، وَالصَّلاَةُ نُورٌ، وَالصَّدَقَةُ بُرْهَانٌ، وَالصَّبْرُ ضِيَاءٌ، وَالْقُرْآنُ حُجَّةٌ لَكَ أَوْ عَلَيْكَ، كُلُّ النَّاسِ يَغْدُو فَبَايِعٌ نَفْسَهُ فَمُعْتِقُهَا أَوْ مُوبِقُهَا.

“Rəvayət edilir ki, Əbu Malik əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Təmizlik imanın yarısıdır. “Əlhəmdulilləh” (zikri) tərəzini doldurur. “Subhən-Allah və əlhəmdulilləh” (zikri) göylərlə yerin arasını doldurur. Namaz nurdur. Sədəqə dəlildir. Səbir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhinə hüccətdir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəfsini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər”.”

Əbu Malik əl-Əşari
Səhih

Qeyd

Muslim, 328, 534. Hər bir əməl sahibi etdiyi əməllər sayəsində ya nəfsini azad etmiş, ya da onu məhv etmiş olur. Allaha və Onun Elçisinə ﷺ itaət etməklə nəfsini azad etmiş və şeytandan canını qurtarmış, əks halda isə nəfsini həlaka uğratmış olur.

İstinad

Fəzilətli əməllər, 89 (Kitab 3, 1)

Fəzilətli əməllər — Təmizlik