Dəstəmaz almağın fəziləti
عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ: كَانَتْ عَلَيْنَا رِعَايَةُ الإِبِلِ فَجَاءَتْ نَوْبَتِي، فَرَوَّحْتُهَا بِعَشِيٍّ، فَأَدْرَكْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا يُحَدِّثُ النَّاسَ، فَأَدْرَكْتُ مِنْ قَوْلِهِ: «مَا مِنْ مُسْلِمٍ يَتَوَضَّأُ فَيُحْسِنُ وُضُوءَهُ، ثُمَّ يَقُومُ فَيُصَلِّي رَكْعَتَيْنِ، مُقْبِلٌ عَلَيْهِمَا بِقَلْبِهِ وَوَجْهِهِ، إِلاَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ» قَالَ فَقُلْتُ: مَا أَجْوَدَ هَذِهِ فَإِذَا قَائِلٌ بَيْنَ يَدَيَّ يَقُولُ: الَّتِي قَبْلَهَا أَجْوَدُ، فَنَظَرْتُ فَإِذَا عُمَرُ. قَالَ: إِنِّي قَدْ رَأَيْتُكَ جِئْتَ آنِفًا. قَالَ: «مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَضَّأُ فَيُبْلِغُ - أَوْ فَيُسْبِغُ - الْوَضُوءَ ثُمَّ يَقُولُ: أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللَّهِ وَرَسُولُهُ، إِلاَّ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ، يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ».
“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Dəvələri otarmaq bizə həvalə edilmişdi. Nəhayət, mənim növbəm gəlib çatdı və mən (vəzifəmi yerinə yetirdikdən sonra) axşamüstü dəvələri sürüb (tövləyə) apardım. Sonra Allah Elçisinin ﷺ (yanına getdim və onun) ayaq üstə durub camaata (öyüd-nəsihət) verdiyini gördüm. Söylədiklərindən eşitdiyim isə bu oldu: “Hansı bir müsəlman dəstəmaz alar və onu gözəl şəkildə yerinə yetirər, sonra da qalxıb qəlbi (xuşu ilə) və üzü ilə (diqqətini namazın hərəkətlərinə) yönəldərək iki rükət namaz qılarsa, Cənnət mütləq ona vacib olar”. (Uqbə) dedi: “Mən (öz-özümə): “Bu nə gözəl sözlərdir!”- dedim. Birdən qarşımda oturan adam (mənə): “Bundan əvvəlki daha gözəl idi”- dedi. Baxdım ki, bu, Ömərdir. O dedi: “Mən sənin bir qədər əvvəl gəldiyini gördüm. (Sən gəlməmişdən öncə) Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən hansı biriniz dəstəmaz alar və dəstəmazını kamil şəkildə, (yaxud tam şəkildə) yerinə yetirər, sonra da: “Əşhədu ən lə iləhə illəllah va ənnə Muhəmmədən abdullahi va Rasuluhu!”– deyərsə, Cənnətin səkkiz qapısı onun üçün açılar və o, hansından istəsə, (oradan Cənnətə) daxil olar”.”
Qeyd
Muslim, 553, 576.
İstinad
Fəzilətli əməllər, 94 (Kitab 3, 6)
Fəzilətli əməllər — Təmizlik