Təmizlik

Dəstəmaz almağın fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَعْقِدُ الشَّيْطَانُ عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ إِذَا هُوَ نَامَ ثَلاَثَ عُقَدٍ ، يَضْرِبُ كُلَّ عُقْدَةٍ عَلَيْكَ لَيْلٌ طَوِيلٌ فَارْقُدْ ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ انْحَلَّتْ عُقْدَةٌ ، فَإِنْ تَوَضَّأَ انْحَلَّتْ عُقْدَةٌ ، فَإِنْ صَلَّى انْحَلَّتْ عُقْدَةٌ فَأَصْبَحَ نَشِيطًا طَيِّبَ النَّفْسِ ، وَإِلاَّ أَصْبَحَ خَبِيثَ النَّفْسِ كَسْلاَنَ »

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizlərdən biri yatdığı zaman şeytan onun boynunun ardına üç düyün vurur və hər düyünü vurduqca: “Gecə uzundur, yat!”– deyir. Əgər o kimsə oyanıb Allahı zikr edərsə, düyünlərdən biri açılar, dəstəmaz alarsa, ikincisi açılar, namaz qılarsa, üçüncüsü açılar və beləliklə də, o adam səhər yuxudan gümrah və əhvali-ruhiyyəsi yaxşı olduğu halda oyanar. Əks halda isə o, yuxudan əhvali-ruhiyyəsi çox pis, özü də əzgin halda oyanar”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 1074, 1142.

İstinad

Fəzilətli əməllər, 93 (Kitab 3, 5)

Fəzilətli əməllər — Təmizlik