Təmizlik

Dəstəmaz almağın fəziləti

عَنْ جَابِرٍ ، عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا مِنْ مُسْلِمٍ ، ذَكَرٍ وَلاَ أُنْثَى ، يَنَامُ إِلاَّ وَعَلَيْهِ جَرِيرٌ مَعْقُودٌ ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ ، انْحَلَّتْ عُقْدَةٌ ، وَإِنْ هُوَ تَوَضَّأَ ثُمَّ قَامَ إِلَى الصَّلاَةِ أَصْبَحَ نَشِيطًا قَدْ أَصَابَ خَيْرًا ، وَقَدِ انْحَلَّتْ عُقَدُهُ كُلُّهَا ، وَإِنْ أَصْبَحَ وَلَمْ يَذْكُرِ اللَّهَ أَصْبَحَ وَعُقَدُهُ عَلَيْهِ ، وَأَصْبَحَ ثَقِيلًا كَسْلاَنًا لَمْ يُصِبْ خَيْرًا.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir müsəlman yoxdur ki - istər kişi olsun, istərsə də qadın - yatdığı zaman (şeytan tərəfindən) ona düyün vurulmasın. O, səhər oyanıb Allahı zikr edərsə, bir düyün açılar. Dəstəmaz alıb namaza durarsa, gümrah olar, xeyir qazanar və bütün düyünləri açılar. Səhər oyanıb Allahı zikr etməzsə, düyünləri açılmaz, yuxudan əzgin və tənbəl oyanar və xeyir əldə etməz”.”

Cabir
Səhih

Qeyd

İbn Hibban, 2556. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 648.

İstinad

Fəzilətli əməllər, 92 (Kitab 3, 4)

Fəzilətli əməllər — Təmizlik