Fərz və camaat namazları

Fərz namazlarının fəziləti

عَنْ عَاصِمِ بْنِ سُفْيَانَ الثَّقَفِىِّ أَنَّهُمْ غَزَوْا غَزْوَةَ السَّلاَسِلِ فَفَاتَهُمُ الْغَزْوُ فَرَابَطُوا ثُمَّ رَجَعُوا إِلَى مُعَاوِيَةَ وَعِنْدَهُ أَبُو أَيُّوبَ وَعُقْبَةُ بْنُ عَامِرٍ فَقَالَ عَاصِمٌ يَا أَبَا أَيُّوبَ فَاتَنَا الْغَزْوُ الْعَامَ وَقَدْ أُخْبِرْنَا أَنَّهُ مَنْ صَلَّى فِى الْمَسَاجِدِ الأَرْبَعَةِ غُفِرَ لَهُ ذَنْبُهُ. فَقَالَ يَا ابْنَ أَخِى أَدُلُّكَ عَلَى أَيْسَرَ مِنْ ذَلِكَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ تَوَضَّأَ كَمَا أُمِرَ وَصَلَّى كَمَا أُمِرَ غُفِرَ لَهُ مَا قَدَّمَ مِنْ عَمَلٍ». أَكَذَلِكَ يَا عُقْبَةُ قَالَ نَعَمْ.

“Asim ibn Sufyan əs-Səqafi ﵀ rəvayət edir ki, onlar Muaviyənin dövründə baş vermiş Səlasil döyüşündə iştirak etməyib, atlarını sərhəddə bağlı saxlamışdılar. Onlar bu əməllərini günah sayaraq peşman halda Muaviyənin yanına qayıtdılar. Əbu Əyyub və Uqbə ibn Amir də Muaviyənin yanında idilər. Asim dedi: “Ey Əbu Əyyub, bu ilki döyüşü ötürdük. Bizə çatıb ki, kim bu dörd məsciddə (Məkkə, Mədinə, Qüds və Quba) namaz qılarsa, günahları bağışlanar. Əbu Əyyub dedi: “Ey qardaş oğlu, sənə bundan daha asanını xəbər verimmi? Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim əmr olunduğu kimi gözəl şəkildə dəstəmaz alar, əmr olunduğu kimi namaz qılarsa, keçmiş günahları bağışlanar”. Elədirmi, ey Uqbə?” Uqbə ibn Amir dedi: “Bəli”.”

Asim ibn Sufyan əs-Səqafi
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 144-145. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 196.

İstinad

Fəzilətli əməllər, 122 (Kitab 4, 9)

Fəzilətli əməllər — Fərz və camaat namazları