Fərz namazlarının fəziləti
أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ رَأَى فَتىً وَهُوَ يُصَلِّى، وَقَدْ أَطَالَ صَلاَتَهُ وَأطْنَبَ فِيهَا، فَقَالَ: مَنْ يَعْرِفُ هَذَا؟ فَقَالَ رَجُلٌ: أَنَا. فَقَالَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ: لَوْ كُنْتُ أَعْرِفُهُ لأَمَرْتُهُ أَنْ يُطِيلَ الرُّكُوعَ وَالسُّجُودَ، فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ :«إنّ العَبْدَ إذا قامَ يُصَلِّي أتَي بِذُنوبِهِ كلِّها فوُضِعَتْ على رأْسِهِ وعاتِقَيْهِ فَكُلَّما رَكَعَ أوْ سَجَدَ تَساقَطَتْ عنهُ».
“Bir gün Abdullah ibn Ömər ﵄ bir gəncin namazında (qiyamı) həddən artıq uzadaraq qıldığını gördü. O soruşdu: “Bunu kim tanıyır?” Bir kişi dedi: “Mən tanıyıram”. Abdullah ibn Ömər dedi: “Əgər mən onu tanısaydım, ona rukunu və səcdəni uzatmağı buyurardım. Çünki, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həqiqətən, qul namaza durduqda onun bütün günahları gətirilərək başının və çiyinlərinin üzərinə qoyulur. O, hər dəfə ruku və səcdə etdikdə günahları tökülür”.”
Qeyd
İbn Hibban, 1734; əl-Beyhəqi “Sünənul-Kubra” 4473, 4884. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1671.
İstinad
Fəzilətli əməllər, 123 (Kitab 4, 10)
Fəzilətli əməllər — Fərz və camaat namazları