Fərz və camaat namazları

Camaat namazının adi namazdan üstünlüyü

عَنْ سَمُرَةَ بن جُنْدُبٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "إِذَا قَالَ الإِمَامُ: }غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ، وَلا الضَّالِّينَ{ ، فَقُولُوا: آمِينَ، يُجِبْكُمُ اللَّهُ".

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İmam “əl-Fatihə” surəsində: “Ğayril məğdu:bi aleyhim vələd-da:lli:n” (Qəzəbə uğramışların və azmışların yoluna yox!)” (əl-Fatihə, 7) - dedikdə, siz: “Amin”- deyin ki, Allah onu (“əl-Fatihə” surəsinin əhatə etdiyi duanı) qəbul etsin”.”

Səmura ibn Cundəb
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 6748. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 516.

İstinad

Fəzilətli əməllər, 129 (Kitab 4, 16)

Fəzilətli əməllər — Fərz və camaat namazları