Fərz və camaat namazları

Camaat namazının adi namazdan üstünlüyü

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «تَفْضُلُ صَلاَةُ الْجَمِيعِ صَلاَةَ أَحَدِكُمْ وَحْدَهُ بِخَمْسٍ وَعِشْرِينَ جُزْءًا، وَتَجْتَمِعُ مَلاَئِكَةُ اللَّيْلِ وَمَلاَئِكَةُ النَّهَارِ فِى صَلاَةِ الْفَجْرِ». يَقُولُ: فَاقْرَءُوا إِنْ شِئْتُمْ:} إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا {

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Camaat namazı birinizin fərdi şəkildə qıldığı namazdan iyirmi beş dəfə üstündür. Gecə mələkləri ilə gündüz mələkləri Sübh namazında bir yerə toplaşırlar”. Əbu Hureyra dedi: “İstəyirsinizsə, bu ayəni oxuyun: “...Sübh çağı oxunan Quranın şahidləri olur”. (əl-İsra, 78)”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 612, 648; Muslim, 649, 1035, 1505.

İstinad

Fəzilətli əməllər, 130 (Kitab 4, 17)

Fəzilətli əməllər — Fərz və camaat namazları