Fərz və camaat namazları

Camaat namazının adi namazdan üstünlüyü

عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا الصُّبْحَ فَقَالَ «أَشَاهِدٌ فُلاَنٌ». قَالُوا لاَ. قَالَ «أَشَاهِدٌ فُلاَنٌ». قَالُوا لاَ. قَالَ «إِنَّ هَاتَيْنِ الصَّلاَتَيْنِ أَثْقَلُ الصَّلَوَاتِ عَلَى الْمُنَافِقِينَ وَلَوْ تَعْلَمُونَ مَا فِيهِمَا لأَتَيْتُمُوهُمَا وَلَوْ حَبْوًا عَلَى الرُّكَبِ وَإِنَّ الصَّفَّ الأَوَّلَ عَلَى مِثْلِ صَفِّ الْمَلاَئِكَةِ وَلَوْ عَلِمْتُمْ مَا فَضِيلَتُهُ لاَبْتَدَرْتُمُوهُ وَإِنَّ صَلاَةَ الرَّجُلِ مَعَ الرَّجُلِ أَزْكَى مِنْ صَلاَتِهِ وَحْدَهُ وَصَلاَتُهُ مَعَ الرَّجُلَيْنِ أَزْكَى مِنْ صَلاَتِهِ مَعَ الرَّجُلِ وَمَا كَثُرَ فَهُوَ أَحَبُّ إِلَى اللَّهِ تَعَالَى».

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizə Sübh namazını qıldırdı və soruşdu: “Filankəs buradadır?” Səhabələr: “Xeyr!”- dedilər. Allah Elçisi ﷺ yenə soruşdu: “Bəs filankəs buradadır?” Oradakılar yenə: “Xeyr!”- dedilər. Allah Elçisi ﷺ buyurdu: “Bu iki namaz (İşa və Sübh) münafiqlərə ən ağır gələn namazlardır. Əgər onlar bu namazlardakı savabı bilsəydilər, dizləri üstündə iməkləyərək də olsa (bunları camaatla qılmaq üçün məscidə) gələrdilər. Həqiqətən, birinci cərgə mələklərin cərgəsi kimidir. Siz birinci cərgədəki fəziləti bilsəydiniz, onun üçün yarışardınız. Həqiqətən, bir adamın başqa bir adamla namaz qılması onun fərdi şəkildə namaz qılmasından, iki nəfərlə birlikdə qılması da, bir nəfərlə birlikdə qılmasından daha fəzilətlidir. (Namazda iştirak edənlərin sayı) nə qədər çox olarsa, (həmin namaz) Uca Allaha bir o qədər sevimli olar”.”

Ubey ibn Kəb
Həsən

Qeyd

Əbu Davud, 554. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1066.

İstinad

Fəzilətli əməllər, 131 (Kitab 4, 18)

Fəzilətli əməllər — Fərz və camaat namazları