Camaat namazının adi namazdan üstünlüyü
عَنْ أَبِى الدَّرْدَاءِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَا مِنْ ثَلاَثَةٍ فِى قَرْيَةٍ وَلاَ بَدْوٍ لاَ تُقَامُ فِيهِمُ الصَّلاَةُ إِلاَّ قَدِ اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَعَلَيْكَ بِالْجَمَاعَةِ فَإِنَّمَا يَأْكُلُ الذِّئْبُ الْقَاصِيَةَ ». قَالَ زَائِدَةُ قَالَ السَّائِبُ يَعْنِى بِالْجَمَاعَةِ الصَّلاَةَ فِى الْجَمَاعَةِ.
“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kənddə və ya çöllükdə üç nəfər olub bir yerdə camaat namazı qılmazlarsa, şeytan mütləq onlara üstün gələr. Camaatı heç vaxt tərk etmə! Çünki canavar yalnız sürünü tərk edəni yeyər”. Rəvayətçi əs-Səib dedi: “Camaat” sözü ilə qəsd edilən camaat namazıdır”.”
Qeyd
Əbu Davud, 547. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5701.
İstinad
Fəzilətli əməllər, 132 (Kitab 4, 19)
Fəzilətli əməllər — Fərz və camaat namazları