Fərz və camaat namazları

Camaata sarılmaq

عَنِ ابْنِ عُمَرَ قَالَ خَطَبَنَا عُمَرُ بِالْجَابِيَةِ فَقَالَ يَا أَيُّهَا النَّاسُ إِنِّى قُمْتُ فِيكُمْ كَمَقَامِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِينَا فَقَالَ «أُوصِيكُمْ بِأَصْحَابِى ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ يَفْشُو الْكَذِبُ حَتَّى يَحْلِفَ الرَّجُلُ وَلاَ يُسْتَحْلَفُ وَيَشْهَدَ الشَّاهِدُ وَلاَ يُسْتَشْهَدُ أَلاَ لاَ يَخْلُوَنَّ رَجُلٌ بِامْرَأَةٍ إِلاَّ كَانَ ثَالِثَهُمَا الشَّيْطَانُ عَلَيْكُمْ بِالْجَمَاعَةِ وَإِيَّاكُمْ وَالْفُرْقَةَ فَإِنَّ الشَّيْطَانَ مَعَ الْوَاحِدِ وَهُوَ مِنَ الاِثْنَيْنِ أَبْعَدُ مَنْ أَرَادَ بُحْبُوحَةَ الْجَنَّةِ فَلْيَلْزَمِ الْجَمَاعَةَ مَنْ سَرَّتْهُ حَسَنَتُهُ وَسَاءَتْهُ سَيِّئَتُهُ فَذَلِكَ الْمُؤْمِنُ».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir gün Ömər Cabiyədə bizə xütbə verərək belə dedi: “Ey insanlar! Allah Elçisinin ﷺ bizim aramızda durub xütbə söylədiyi kimi, mən də sizin aranızda durub xütbə söyləyirəm. Allah Elçisi ﷺ belə buyurdu: “Sizə səhabələrimin, sonra onların ardınca gələnlərin, sonra onların ardınca gələnlərin yolu ilə getməyi tövsiyə edirəm. Sonra gələn nəsillərdə yalan yayılacaqdır. O dərəcədə ki, bir kişidən and içmək tələb olunmadığı halda and içəcək. Şahidlik tələb olunmadığı halda şahidlik edəcək. Bir qadın bir kişi ilə təklikdə qalarsa, üçüncüsü şeytan olar. Camaatdan tutunun! Parçalanmadan çəkinin, çünki şeytan (camaata qarışmayıb) tək qalanla bərabər, (camaat olan) iki nəfərdən isə uzaqdır. Kim Cənnətin ən gözəl yerlərindən köşkə sahib olmaq istəyərsə, camaata sarılsın. Kimin savab işləri onu sevindirib, günahları kədərləndirirsə, o, mömindir”.”

İbn Ömər
Səhih

Qeyd

ət-Tirmizi, 2165, 2318. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2546.

İstinad

Fəzilətli əməllər, 133 (Kitab 4, 20)

Fəzilətli əməllər — Fərz və camaat namazları