Camaata sarılmaq
عَنِ النُّعْمَانِ بْنِ بَشْيرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «التَّحَدُّثُ بِنِعْمَةِ اللهِ شُكْرٌ وَتَرْكُهَا كُفْرٌ، وَمَنْ لاَ يَشْكُرُ الْقَلِيلَ لاَ يَشْكُرُ الْكَثِيرَ، وَمَنْ لاَ يَشْكُرُ النَّاسَ لاَ يَشْكُرُ اللهَ، وَالْجَمَاعَةُ بَرَكَهٌ وَالْفُرْقَةُ عَذَابٌ».
“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allahın neməti barəsində danışmaq şükür, danışmamaq isə küfrdür. Aza şükür etməyən kəs çoxa da şükür etməz. İnsanlara təşəkkür etməyən kəs Allaha da şükür etməz. Camaat bərəkət, ayrılıq isə əzabdır”.”
Qeyd
İbn Əbu əd-Dunyə “əş-Şukur” 64; əl-Beyhəqi “Şuabul-İman” 4105, 4419. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3014.
İstinad
Fəzilətli əməllər, 134 (Kitab 4, 21)
Fəzilətli əməllər — Fərz və camaat namazları