Fərz və camaat namazları

Camaat namazını məsciddə qılmaq niyyəti

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا ثُوِّبَ لِلصَّلَاةِ فَلَا تَأْتُوهَا وَأَنْتُمْ تَسْعَوْنَ وَأْتُوهَا وَعَلَيْكُمْ السَّكِينَةُ فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا وَمَا فَاتَكُمْ فَأَتِمُّوا فَإِنَّ أَحَدَكُمْ إِذَا كَانَ يَعْمِدُ إِلَى الصَّلَاةِ فَهُوَ فِي صَلَاةٍ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Namaz üçün iqamə deyildiyi zaman ona (namaza) qaçaraq gəlməyin, yeriyərək rahatlıqla gəlin. Çata bildiyinizi (imamla) qılın, çata bilmədiyinizi də özünüz tamamlayın. Çünki sizdən biriniz namaz qılmaq istədikdə (namaza getdikdə və ya oturub namazı gözlədikdə), namazda olmuş kimi sayılır”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 602, 945, 1390.

İstinad

Fəzilətli əməllər, 140 (Kitab 4, 27)

Fəzilətli əməllər — Fərz və camaat namazları