Fərz və camaat namazları

Camaat namazını qılmaq üçün məscidləri ziyarət edənlər

عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ لَيُنَادِي يَوْمَ الْقِيَامَةِ أَيْنَ جِيرَانِي؟ أَيْنَ جِيرَانِي؟ قَالَ فَتَقُولُ الْمَلائِكَةُ رَبَّنَا وَمَنْ يَنْبَغِي أَنْ يُجَاوِرَكَ فَيَقُولُ أَيْنَ عُمَّارُ الْمَسَاجِدِ؟»

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah Qiyamət günü belə müraciət edəcək: “Hanı Mənim qonşularım, hanı Mənim qonşularım?!” Mələklər deyəcəklər: “Ey Rəbbimiz! Sənə qonşu olmağa kim layiq ola bilər?” Allah buyuracaq: “Məscidləri ziyarət edənlər hanı?!””

Ənəs
Səhih

Qeyd

əl-Haris “Musnəd” 126. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2728.

İstinad

Fəzilətli əməllər, 141 (Kitab 4, 28)

Fəzilətli əməllər — Fərz və camaat namazları